Cümə axşamı , Aprel 25 2024
Ana səhifə / Aktual / Azərbaycanda “quş qripi” ilə bağlı vəziyyət nə yerdədir? – Qurumlar hərəkətə keçəcək

Azərbaycanda “quş qripi” ilə bağlı vəziyyət nə yerdədir? – Qurumlar hərəkətə keçəcək

Oktyabrın sonu – noyabrın əvvəllərində Qida Təhlükəsizliyi Agentliyi, Aqrar Xidmətlər Agentliyi, Səhiyyə Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi “quş qripi”nə görə monitorinq keçirəcək.
Bu barədə Oxu.Az-a Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinin İnformasiya təminatı, ictimaiyyətlə əlaqələr və beynəlxalq əməkdaşlıq şöbəsinin baş məsləhətçisi Yolçu Xanvəli məlumat verib.
O, bu il quşların yaz miqrasiyası zamanı iki dəfə monitorinq keçirildiyini xatırladıb.
“Hazırda isə təkcə “quş qripi”nə görə deyil, digər yoluxucu xəstəliklərlə bağlı da epizootik vəziyyət sabitdir”, – deyə Y.Xanvəli əlavə edib.
Qeyd edək ki, “quş qripi” infeksiyasının yayılmasında köçəri quşlar əsas rol oynayır.
“Quş qripi” virusunun 15 yarımtipi arasında H5N1 virusu Dünya Səhiyyə Təşkilatının nümayəndələrində daha çox narahatlıq doğurur.

Həmçinin oxuyun

Şəhid Nurəddin Mirzəzadə yad edildi – FOTOLAR

Bu gün sıravi əsgər şəhid Nurəddin Mirzəzadənin anadan olmasından bir il ötür. Mirzəzadə Nürəddin Burhan …