Ana səhifə / Aktual / Azərbaycanda qadın yol polisinin postunda doğdu – Video

Azərbaycanda qadın yol polisinin postunda doğdu – Video

Dünən saat 20:00 radələrində Bakı-Mingəçevir xətti ilə hərəkət edən sərnişin avtobusu Baş Dövlət Yol Polisi İdarəsinin Yol Patrul Xidməti Alayının 7-ci tağımının xidməti ərazisi olan “Nəvai” postunda dayanıb.

” Azinforum.az ” avtosfer.az-a istinadən xəbər verir ki, sürücü postda xidmət aparan YPX əməkdaşlarına yaxınlaşaraq onlardan kömək istəyib. Bildirib ki, sərnişinlərdən biri hamilədir və özünü pis hiss edir. Sərnişin dərhal postdakı tibb otağına dəvət edilib və ona ilkin tibbi yardım göstərilib. Daha sonra 113 təcili tibbi yardım xidmətindən həkimlər dəvət olunub. 

Həkimlər gəldikdən sonra qadın doğuşa başlayıb. Həkim və YPX əməkdaşlarının köməyi ilə doğuş tam təhlükəsiz keçib və qız uşağı dünyaya gəlib. YPX əməkdaşları və həkimlərin yardımı ilə ana və uşaq yaxınlıqdakı xəstəxanaya çatdırılıb. Hazırda vəziyyətləri normaldır.

Həmçinin oxuyun

Quru sərhədlərin açılmaması ilə bağlı yeni versiyalar: Hökumət nədən çəkinir?

Azərbaycanın quru sərhədlərinin daha üç ay bağlı qalması ilə bağlı qəbul edilən axırıncı qərardan sonra …