Cümə axşamı , Aprel 25 2024
Ana səhifə / Aktual / Azərbaycanda Prezident Administrasiyasının 19 əməkdaşı koronavirusa yoluxdu

Azərbaycanda Prezident Administrasiyasının 19 əməkdaşı koronavirusa yoluxdu

“Dövlət strukturlarında da koronavirusa yoluxma halları baş verib”.

Bunu Nazirlər Kabineti yanında operativ qərargahın keçirdiyi mətbuat konfransında Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) İdarə Heyətinin sədri Ramin Bayramlı bildirib.

O qeyd edib ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində yeddi nəfər virusa yoluxub:

“Prezident Administrasiyasının 19 əməkdaşı koronavirusa yoluxub. Onlardan 14 nəfəri İşlər İdarəsinin əməkdaşlarıdır. Eyni zamanda, Fövqəladə Hallar Nazirliyinin 5 əməkdaşında yoluxma halı müşahidə olunub”.

Həmçinin oxuyun

Şəhid Nurəddin Mirzəzadə yad edildi – FOTOLAR

Bu gün sıravi əsgər şəhid Nurəddin Mirzəzadənin anadan olmasından bir il ötür. Mirzəzadə Nürəddin Burhan …