Cümə axşamı , Mart 28 2024
Ana səhifə / Aktual / Azərbaycanda nikah müqaviləsinin məcburiləşdirilməsi təklif edilir

Azərbaycanda nikah müqaviləsinin məcburiləşdirilməsi təklif edilir

Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin üzvü Sədaqət Vəliyeva Ailə Məcəlləsinə dəyişiklik edilməsini və nikah müqaviləsinin məcburiləşdirilməsini təklif edib.

“Report”un xəbərinə görə, komitənin bu gün keçirilən iclasında S.Vəliyeva deyib ki, bu müqavilə məcburi olarsa, boşanmaların sayı azalar: “Azərbaycanda boşanmaların sayı çoxalıb. Bunun səbəbi məsuliyyətin olmamasıdır. Nikah müqaviləsi məcburiləşdirilməlidir. Burada könüllük olmamalıdır. Bu müqavilə olmadıqda boşanmaların sayı getdikcə artır. Belə olan halda da uşaqları anaları saxlayır. Bəzən də uşağı tərəflərin heç biri saxlamır”.

Həmçinin oxuyun

Quru sərhədlərin açılmaması ilə bağlı yeni versiyalar: Hökumət nədən çəkinir?

Azərbaycanın quru sərhədlərinin daha üç ay bağlı qalması ilə bağlı qəbul edilən axırıncı qərardan sonra …