Cümə axşamı , Mart 28 2024
Ana səhifə / Aktual / Azərbaycanda məhkəmələrə yeni hakimlər təyin olunacaq – Siyahı

Azərbaycanda məhkəmələrə yeni hakimlər təyin olunacaq – Siyahı

Azərbaycanda bəzi məhkəmələrə yeni hakim təyinatları olacaq.

“ Azinforum.az ” xəbər verir ki, Oxu.az-ın Milli Məclisdən (MM) əldə etdiyi məlumata görə, “Məhkəmələr və hakimlər haqqında” qanun layihəsi parlamentə daxil olub.

Qanun layihəsi bu gün MM-in Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin iclasında da müzakirə olunub.

Komitə üzvləri qanun layihəsi barədə müsbət fikirlərini, məhkəmə sistemində aparılan islahatların davam olmasını vurğulayaraq, adıçəkilən sənədin plenar iclasa tövsiyə olunmasını məqsədəuyğun biliblər.

Qeyd edək ki, qanunvericiliyə görə, MM bu təyinatları təsdiqləməlidir.

Yəni, aşağıdakı məhkəmələrə bu hakimlər təyin olunacaq:

Azərbaycan Respublikası Ali Məhkəməsinə:
Sənan Firudin oğlu Hacıyev

Naxçıvan MR Ali Məhkəməsinə:
Novruzov Əsgər Novruz oğlu
Allahverdiyev Mehman Dünyamalı oğlu
Xıdırov Əhliman Mehman oğlu.

Bakı Apellyasiya Məhkəməsinə:
Sadıqov Vahid Nəriman oğlu (Qəbələ rayon məhkəməsinin sədri vəzifəsindən azad ediləcək)
Əhmədov İlham Bayram oğlu
Məmmədova Şərafət Asif qızı
Məhərrəmova Şeyda Ədalət qızı
Məmmədov Habil Çingiz oğlu
Rəhimov Elmar Eldar oğlu
Kərimli İlham Əziz oğlu
Abdulov Rəşad Məhərrəm oğlu
Babayev Fuad Fikrət oğlu
Əliyev Zaur Əli oğlu
Hüseyn Aida Əli qızı

Gəncə Apellyasiya Məhkəməsinə:
Hüseynzadə Afiq Hüseyn oğlu
Məmmədov Rəşad Ziyəddin oğlu

Sumqayıt Apellyasiya Məhkəməsinə:
Babayeva Hökumə Çingiz qızı
Əsgərova Ruhiyyə Orucəli qızı
Məmmədov Fuad Əli oğlu
Rzayev Məhəmmədəli Əsəd oğlu

Şirvan Apellyasiya Məhkəməsinə:
Əliyev Elşad İbiş oğlu
Soltanov Fuad Kamil oğlu

Şəki Apellyasiya Məhkəməsinə:
Hüseynov Mübariz Rahil oğlu
Məlikov Vəzirxan İsgəndər oğlu
Eyvazov Akif Məhərrəm oğlu
Mahmudov Ayaz Akif oğlu.

Həmçinin oxuyun

Quru sərhədlərin açılmaması ilə bağlı yeni versiyalar: Hökumət nədən çəkinir?

Azərbaycanın quru sərhədlərinin daha üç ay bağlı qalması ilə bağlı qəbul edilən axırıncı qərardan sonra …