Cümə axşamı , Aprel 18 2024
Ana səhifə / Aktual / Azərbaycanda “Hacı şərabı” buraxıldı – YENİLİK

Azərbaycanda “Hacı şərabı” buraxıldı – YENİLİK

“Az-Qranata” MMC-nin Ağsudakı şirə və şərab emalı zavodunda Azərbaycanda ilk dəfə alkoqolsuz şərab emal olunur. Bu günlərdə həmin şərab növünün kütləvi istehsalına başlanılıb.
Bu barədə MMC-nin direktor müavini, professor Vüqar Mikayılov məlumat verib. Bildirib ki, bu şərab alkoqollu şərabın vakuum aparatından keçirilməsi nəticəsində alınır.
Mütəxəssis alkoqolsuz şərabın müalicəvi əhəmiyyətindən danışaraq deyib:
“Alkoqolsuz şərabın tərkibindəki resveratrol, poliflavonit və bir sıra kompleks birləşmələr güclü antioksidant xüsusiyyətlərə malikdir. Bu da insanlarda xərçəng kimi ağır xəstəliyin yaranma riskini önəmli dərəcədə azaldır, bədəndə radioaktiv şüalanmanın qarşısını alır”.
Vüqar Mikayılov alkoqolsuz şərabın insan orqanizmi üçün daha bir əhəmiyyətini də diqqətə çatdıraraq bildirib ki, bu şərabdan hər gün 150 millilitr istifadə etməklə artıq çəkidən azad olmaq mümkündür.(fed.az)

Həmçinin oxuyun

“Rusiya Azərbaycan vasitəsilə Paşinyanı cəzalandırmaq niyyətindədir”

Siyasi Menecment İnstitutunun direktoru Azər Qasımlı Meydan TV-yə deyir ki, Rusiya sülhməramlılarının Azərbaycanı vaxtından əvvəl …