Şənbə , Aprel 20 2024
Ana səhifə / Aktual / “Azərbaycanda fövqəladə hallar riski yüksəkdir” – Əli Əhmədov

“Azərbaycanda fövqəladə hallar riski yüksəkdir” – Əli Əhmədov

Baş nazirin müavini Əli Əhmədov Fəlakət Risklərinin Azaldılması üzrə BMT Ofisinin Avropa regional ofisinin rəhbəri Paola Albriton ilə görüşüb.

“Qafqazinfo” xəbər verir ki, görüşdə Ə. Əhmədov Azərbaycanın təbii və texnogen fəlakətlərin qarşısının alınması və onların nəticələrinin aradan qaldırılması istiqamətində beynəlxalq səyləri dəstəklədiyini diqqətə çatdırıb.

“Ölkəmizin yerləşdiyi coğrafi məkanda fövqəladə hallar riski kifayət qədər yüksəkdir. Azərbaycan hökuməti fəlakət risklərinə hazırlıq və onların nəticələrinin aradan qaldırılması sahəsində bir çox beynəlxalq qurumlarla, o cümlədən BMT, Beynəlxalq Mülki Müdafiə Təşkilatı, Avropa İttifaqı, NATO, Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı ilə əməkdaşlıq edir”.

Görüşdə Azərbaycanın Cenevrədəki BMT Bölməsində və digər beynəlxalq təşkilatlar yanında daimi nümayəndəsi Vaqif Sadıqov da iştirak edib.

Həmçinin oxuyun

Xocalı aeroportu Azərbaycanın nəzarətinə keçir – VİDEO

İşğaldan azad edilmiş ərazilərdə daha bir mühüm strateji obyekt tam Azərbaycanın nəzarətinə keçəcək. Bunu açıqlamasında …