Cümə , Aprel 19 2024
Ana səhifə / Aktual / Azərbaycanda “Dövlət” adlı MMC təsis edib sahibkarları soyanlar meydana çıxdı

Azərbaycanda “Dövlət” adlı MMC təsis edib sahibkarları soyanlar meydana çıxdı

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) “Dövlət Nəzarət Təhükəsizlik Departamenti” MMC barədə Baş Prokurorluğa müraciət edib. Səbəb isə həmin MMC-nin vəsiqəsini daşıyan, xüsusi formalarda dolaşan adamların özlərini dövlət məmurları kimi təqdim edərək sahibkarları yoxlamasıdır.

Nazirliyin  İctimaiyyətlə Əlaqələr və Kommunikasiya şöbəsinin müdiri Fazil Talıbov bildirib ki,  son günlər sosial şəbəkələrdə və bəzi elektron media resurslarında “Dövlət Nəzarət Təhükəsizlik Departamenti”MMC-nin fəaliyyəti barədə məlumatlar yayılıb: “Bildiririk ki, hələ cari ilin iyul ayında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinə daxil olan şikayət məktubunda Dövlət Nəzarət Təhükəsizlik Departamenti MMC-nin əməkdaşları tərəfindən sahibkarlıq subyektində əməyin mühafizəsi və texniki təhlükəsizlik qaydalarının yoxlanılaraq akt tərtib edildiyi bildirilib. Həmçinin yoxlama həyata keçirən şəxslərin özlərini Azərbaycan Respublikasının Dövlət Nəzarət Təhlükəsizlik Departamentinin Bakı Regional Texniki Təhlükəsizlik İdarəsinin əməkdaşları olaraq təqdim etdikləri və xüsusi geyimdə olduqları qeyd edilib. Şikayət əsasında Dövlət Əmək Müfəttişliyi Xidməti tərəfindən Vergilər Nazirliyinin və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin müvafiq informasiya resurslarına istinad edilməklə aparılan ilkin araşdırma zamanı həmin MMC-nin “Dövlət-NTD” Məhdud Məsuliyyətli Cəmiyyət (VÖEN: 2901049511) adı altında dövlət qeydiyyatına alındığı müəyyən edilib”.

Talıblı qeyd edib ki, müraciətlə əlaqədar aparılan araşdırma zamanı aşkar olunan faktlar üzrə toplanmış materiallar hüquqi qiymət verilməsi üçün  Baş Prokurorluğa təqdim olunub.

Həmçinin oxuyun

Xocalı aeroportu Azərbaycanın nəzarətinə keçir – VİDEO

İşğaldan azad edilmiş ərazilərdə daha bir mühüm strateji obyekt tam Azərbaycanın nəzarətinə keçəcək. Bunu açıqlamasında …