Şənbə , Aprel 20 2024
Ana səhifə / Aktual / Azərbaycanda dişi tutan hər şeyi qidaya çevirən adam: Şüşə, şifer, qum…

Azərbaycanda dişi tutan hər şeyi qidaya çevirən adam: Şüşə, şifer, qum…

Ağstafa rayonunun Tatlı kənd sakini “daşdan yumşaq nə varsa, yemək” məsəlini reallığa çevirib. 53 yaşlı Bəxtiyar Qurbanov şüşə və büllur qab, gil boşqab, qum, hətta şifer parçasını belə, möhkəm dişləri ilə qoparır, sonra isə çeynəyərək udur. 30 ildən artıqdır bu cür “qidalar” qəbul etməsinə baxmayaraq, orqanizmində heç bir problem yoxdur.

Ağstafa rayonu Tatlı kəndi
Ağstafa rayonu Tatlı kəndi

B.Qurbanov Sputnik Azərbaycan-ın bölgə müxbiri ilə söhbəti zamanı deyir ki, ilk dəfə bu qeyri-adi vərdişə 22-23 yaşlarında, Qazaxıstanda yaşayarkən, aclıq səbəbindən başlayıb “Əsgərlikdən gələndən sonra bir həmkəndlimlə Qazaxıstana işləməyə getdim. Orada ucqar bir yerdə tikintidə işə başladıq. Mənimlə gedən sürücü idi, gedən kimi ona yük maşını verdilər, mənsə tək qalmalı oldum”.

“Elə 3-4 günüydü işlədiyim, ayağıma mismar batdı, altından girib üstdən çıxmışdı. Ona görə işləyə bilmədim, təzə başlamışdım deyə, avans da götürə bilmədim iş yerindən” – müsahibimiz danışır.

Ayağı yaralı, qəribçilik, pulsuzluq və aclıqla üzləşdiyini söyləyən Bəxtiyar Qurbanov, bir müddət evdə olan azuqə və qabları yeyərək dolanıb. Sonra yaxınlıqdakı yeməkxanaya gedərək, orada yemək müqabilində bu “bacarığını” nümayiş etdirib.

Dediyinə görə, şampan şüşəsi yeyərkən, bir təşkilatın rəhbəri onun görüb və məhsul bayramında “məharətini” nümayiş etdirməyi təklif edib. Bu nümayişdən sonra Bəxtiyar ayağını müalicə etdirib işə başlasa da, “bacarığını” tərgitməyib. O, hətta yediyi şüşələrin dadını da ayırd edə bilir.

“Adi şəffaf şüşələr, stəkanlar, demək olar ki, dadsız olur. Amma büllur qablar turşməzə tam verir. Boşqablar isə adicə torpaq dadır” – deyən həmsöhbətimiz illərdir bu cür “qidaları” qəbul etsə də, mədəsində heç vaxt narahatçılıq hiss etməyib. Əksinə, mədəsinə gedən istənilən maddə ilə doya bilir.

Bəxtiyar Qurbanov şüşə və büllur qablar, gil boşqab, qumu çeynəyərək udur.
Bəxtiyar Qurbanov şüşə və büllur qablar, gil boşqab, qumu çeynəyərək udur.

Spirtli içkilərə meylli olan Bəxtiyar ailə həyatı qurmayıb və hazırda yaşlı anası ilə birlikdə doğulduğu kənddə yaşayır.

Həmçinin oxuyun

Xocalı aeroportu Azərbaycanın nəzarətinə keçir – VİDEO

İşğaldan azad edilmiş ərazilərdə daha bir mühüm strateji obyekt tam Azərbaycanın nəzarətinə keçəcək. Bunu açıqlamasında …