Çərşənbə axşamı , Aprel 23 2024
Ana səhifə / Aktual / Azərbaycanda dağıdıcı zəlzələ ehtimalı… – Açıqlama

Azərbaycanda dağıdıcı zəlzələ ehtimalı… – Açıqlama

“Türkiyədə baş vermiş güclü zəlzələnin Azərbaycandakı zəlzələ ocaqlarını təsiri yoxdur. Bu zəlzələ ölkədəki zəlzələ ocaqlarını oyatmayıb. Türkiyənin geoloji, seysmoloji quruluşu, dərinlik qırılmaları fərqlidir. Azərbaycanda isə tamamilə başqadır. Türkiyədəki zəlzələ Azərbaycanla sərhəddən təxminən 700-800 km aralıda baş verib. Həm məsafənin uzaq olması, həm də sadalanan parametrləri nəzərə alsaq, Türkiyədə baş verən dağıdıcı zəlzələnin Azərbaycanda təkrarlanmaq ehtimalı yoxdur”.

Bunu Bakupost.az -a açıqlamasında AMEA-nın nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin baş direktoru Qurban Yetirmişli deyib.
Onun sözlərinə görə, Azərbaycanda demək olar ki, hər gün yeraltı təkanlar olur. Cihazlar tərəfindən qeydə alınan bu təkanların çoxu hiss olunmur. Zəlzələlər çox aşağı ballı olduğu üçün hiss olunmur və heç bir təsiri də yoxdur:

“Qeyd edim ki, zəlzələ ilə bağlı qısamüddətli proqnozun verilməsi məsələsi yüz illərdir ki, həllini tapa bilmir. Bunun üçün cihaz yoxdur. Xüsusən də güclü zəlzələlərin dəqiq yeri və vaxtı üçün qısamüddətli proqnoz vermək mümkün deyil. Lakin ortamüddətli və uzunmüddətli proqnozlar verilə, harada aktivliyin olduğunu və zəlzələ gözlənildiyini demək mümkündür. Yaxın müddətdə Azərbaycanda dağıdıcı zəlzələ ehtimalı yoxdur”.

Həmçinin oxuyun

Şəhid Nurəddin Mirzəzadə yad edildi – FOTOLAR

Bu gün sıravi əsgər şəhid Nurəddin Mirzəzadənin anadan olmasından bir il ötür. Mirzəzadə Nürəddin Burhan …