Şənbə , Aprel 20 2024
Ana səhifə / Aktual / Azərbaycanda dəhşətli faciə – 2 ölü, 10-dan çox yaralı+ Video+yenilənib

Azərbaycanda dəhşətli faciə – 2 ölü, 10-dan çox yaralı+ Video+yenilənib

Bakı-Sumqayıt yolunda – Ceyranbatan su anbarının yaxınlığında ağır yol qəzası baş verib.

“Qafqazinfo” Trend-ə istinadən xəbər verir ki, içərisində sərnişinlər olan “Ford” markalı mikroavtobus arxadan vurulan zərbə nəticəsində idarəetməni itirib və yol kənarındakı maneəyə çırpılıb. Şahidlərin verdiyi məluimata görə, hadisənin baş verməsi nətciəsində ölən və yaralananlar var.
Ağır yaralıların xəstəxanalara çatdırıldığı bildirilir.
Hadisə yerində araşdırmalar aparılır.

***

ATV.az saytı isə qəzada 11 nəfərin həlak olması ilə bağlı xəbər yayıb.

***

Baş Dövlət Yol Polis İdarəsinin İctimaiyyətlə Əlaqələr Şöbəsinin rəisi Kamran Əliyev hadisə ilə bağlı ” Azinforum.az ” trend – ə istinadən məlumat verib. Bildirib ki, ilkin məlumatlara əsasən qəza nəticəsində iki nəfər ölüb, beş nəfər isə yaralanıb:”Əməkdaşlar hadisə yerindədir. Əlavə məlumat veriləcək”.

***

Səhiyyə Nazirliyinin Mətbuat Xidmətindən “Qafqazinfo”ya bildirilib ki, qəza nəticəsində iki nəfər ölüb, on nəfərin vəziyyəti isə ağırdır: “Yaralılar Sumqayıt təcili yardım stansiyasına aparılıb. Hazırda onlardan bir neçəsi əməliyyata alınıb”.

 

Həmçinin oxuyun

Xocalı aeroportu Azərbaycanın nəzarətinə keçir – VİDEO

İşğaldan azad edilmiş ərazilərdə daha bir mühüm strateji obyekt tam Azərbaycanın nəzarətinə keçəcək. Bunu açıqlamasında …

Bir cavab yazın