Cümə axşamı , Aprel 25 2024
Ana səhifə / Aktual / Azərbaycanda böyük ticarət mərkəzi YANDI – Sahibkarlar ziyana düşdülər – FOTOLAR

Azərbaycanda böyük ticarət mərkəzi YANDI – Sahibkarlar ziyana düşdülər – FOTOLAR

Ötən gecə Saatlı rayonunun mərkəzindəki ticarət mərkəzində güclü yanğın olub. Modern.az saytının xəbərinə görə, keçmiş kolxoz bazarı kimi tanınan ticarət mərkəzində gecə saatlarında başlayan güclü yanğın səhər saatlarında söndürülüb.

Bazardakı ticarət obyektlərinə ciddi ziyan dəydiyi, 15-dən çox sahibkara məxsus obyektin tamamilə yanıb külə döndüyü bildirilir. Hadisənin başvermə səsəbləri araşdırılır…

Fövqəladə Hallar Nazirliyi (FHN) Saatlı rayonunda bazarda baş vermiş yanğınla bağlı məlumat yayıb.  Bildirilib ki, ümumi sahəsi 11694 kv.m olan mərkəzi bazarın yanar konstruksiyaları və içərisində olan qarışıq mallar 3200 kv.m sahədə yanıb.
Ticarət mərkəzinin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 08:00-də söndürülüb.

Modern.az hadisə yerindən çəkilmiş şəkilləri təqdim edir.

Həmçinin oxuyun

Şəhid Nurəddin Mirzəzadə yad edildi – FOTOLAR

Bu gün sıravi əsgər şəhid Nurəddin Mirzəzadənin anadan olmasından bir il ötür. Mirzəzadə Nürəddin Burhan …

Bir cavab yazın