Cümə axşamı , Aprel 25 2024
Ana səhifə / Aktual / Azərbaycanda ana əkiz uşaqlarını 50 min manata satdı – Şok təfərrüat

Azərbaycanda ana əkiz uşaqlarını 50 min manata satdı – Şok təfərrüat

Xəbər verdiyimiz kimi, Azərbaycanda əkiz körpələr həkim tərəfindən oğurlanıb. Bununla bağlı Xoşqədəm Hidayətqızının “Səni Axtarıram” verilişinə qaynatası ilə çıxan Xurşud məlumat verib. O bildirib ki, hazırda uşaqların 4 yaşı var. Uşaqların babası bildirib ki, uşaqlar yarımçıq doğulduğuna görə Leyla Şahmalı qızı uşaqları Gəncədən Bakıya gətirdi:

“4 ildir ki, Leyla bizi aldadır. Gah deyir Türkiyədədir, gah deyirlər Bakıdadır. Onun 2 saylı doğum evində işlədiyi deyilir. Ərinin adı Şahlardır. Biz bir il bundan qabaq xəstəxana ilə əlaqə saxladıq. Xəstəxanadan bildirildi ki, həmin uşaqlara bir ildir ki, sağlamlıq kağızı verilib. Onlar hazırda xəstəxanada deyil. Guya uşaqlar 3 il xəstəxanada yatıb. Bir il əvvəl Gəncə Rayon Məhkəməsinə müraciət etdik. Leyla məhkəməyə gəlmədiyi üçün məhkəmə təxirə salınıb. Bizə dedilər ki, Bakı Apellyasiya Məhkəməsinə müraciət edək. Leylanın bir oğlu və qızı var. Oğlunun övladı olmur. Gəlnimizə Leyla deyib ki, sənin sonra da övladın ola bilər. Amma mənim gəlinim ana ola bilməyəcək”.

BiG.AZ xəbər verir ki, verilişin bugünki buraxılışında məsələnin bəzi təfərrüatları bəlli olub. Belə ki, gəlinləri Xurşudun xəstəxanada deyil, evdə doğum etməsi bəlli olub. Uşağın nənəsi bunları deyib:

“Leyla Şahmalı gəlinimi yatızdırıb, doğum etdirib. Biz çatana kimi uşaqlar Leyla tərəfindən artıq aparılmışdı”.

Efirə bağlanan Xurşud isə deyib ki, Leyla həkimlə birlikdə Gəncədə Abbas Səhhət adına 1 nömrəli şəhər xəstəxanasında həkim yoxlanışından keçdim: ” O, bildirdi ki, uşaq ölə bilər. Mənim uşaqların Leyla həkimin evində dünyaya gəlib. Yanında 3 tibb bacısı da var idi. Tibb bacılarının adları Aytən, İradə idi. Digər tibb bacısı yaşlı idi. Amma adını bilmirəm. Leyla iddia edir ki, qaynananla, qaynatan məndən pul istəyir. Sabah pulu aparıb Xəzər televiziyasında təqdim edəcəm. Mən Leylaya 250 manat doğum üçün pul ödəmişəm. Uşaqlarım yarımçıq doğulduğu üçün Leyla mənə dedi ki, xaricə aparmaq üçün 50 min manat pul lazım olacaq. Ağciyərlərində problem var idi. Dedi ki, hazır donor da var. Mənim ona verməyə 50 min manatım yox idi. Evdə də məsləhətləşdik. Razılaşmamızda o yöndə oldu ki, o uşaqları müalicə etdirəcək. Xərclənən pul da uşaqların sosial kartından ödənilər. Sosial kartda düzəldi. Bu gün də deyir sizin mənə 50 min manat borcunuz var. Heç bir sənət üzərində razılaşma olmayıb. Mən o pulu ödəməyə də razıyam. Təki uşaqlarımı qaytarsın. 2 ay bundan qabaq mənə dedi ki, neyləyirsən o xəstə uşaqları. Get birini də dünyaya gətir. Mən uşaqlarımı geri istəyirəm. Leyla məndən başqa digər xəstələri evdə doğuzdurub. Bir neçə dəfə məndə onunla getmişəm “. 

Həmçinin oxuyun

Şəhid Nurəddin Mirzəzadə yad edildi – FOTOLAR

Bu gün sıravi əsgər şəhid Nurəddin Mirzəzadənin anadan olmasından bir il ötür. Mirzəzadə Nürəddin Burhan …