Cümə , Aprel 19 2024
Ana səhifə / Aktual / Azərbaycanda 3 ayda baş vermiş fövqəladə hadisələr

Azərbaycanda 3 ayda baş vermiş fövqəladə hadisələr

2020-ci ilin I rübü ərzində Azərbaycan ərazisində 4 040 təbii və texnogen mənşəli hadisə baş verib ki, bu da 2019-cu ilin I rübü ilə müqayisədə 2 000 hadisə və ya 98% çoxdur.

Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, baş vermiş təbii və texnogen mənşəli hadisələr nəticəsində 16 nəfər həlak olub, 55 nəfər xəsarət alıb. Nazirliyin xilasediciləri tərəfindən 7 nəfər xilas edilib, 262 nəfər təxliyə olunub.

Cari ilin üç ayı ərzində respublika ərazisində 37 təbii mənşəli hadisə qeydə alınıb, insan tələfatı və xəsarət alan olmayıb. Həmin müddət ərzində respublika ərazisində 4 003 texnogen mənşəli hadisə qeydə alınıb ki, bu da 2019-cu ilin I rübü ilə müqayisədə 2 007 hadisə və ya 100% çoxdur.

“Göründüyü kimi, texnogen mənşəli hadisələr nəticəsində 16 nəfər həlak olub, 55 nəfər xəsarət alıb ki, bu da 2019-cu ilin I rübü ilə müqayisədə həlak olanlar üzrə 22 nəfər və ya 58% azdır, xəsarət alanlar üzrə 21 nəfər və ya 28% azdır”, -deyə məlumatda qeyd olunub.

Həmçinin oxuyun

Xocalı aeroportu Azərbaycanın nəzarətinə keçir – VİDEO

İşğaldan azad edilmiş ərazilərdə daha bir mühüm strateji obyekt tam Azərbaycanın nəzarətinə keçəcək. Bunu açıqlamasında …