Şənbə , Aprel 20 2024
Ana səhifə / Aktual / Azərbaycanda 17 yaşlı oğlanın dərisini soydular – FOTO

Azərbaycanda 17 yaşlı oğlanın dərisini soydular – FOTO

Azərbaycanda 17 yaşlı yeniyetməyə işgəncə verib başının dərisini qopartdılar. 

Azinforum.az  BiG.AZ-a istinadən xəbər verir ki, bu barədə Azərbaycan Uşaqlar Birliyinin sədri Kəmalə Ağazadə məlumat verib. 

O bildirib ki, sığınacağa müraciət edən 17 yaşlı yeniyetmə işgəncələrə məruz qalıb: “Gəncin yaşadığı heç bir insanlığa sığmır. 17 yaşlı birinə necə işgəncə vermək olar. Yeniyetmənin bədənində salamat yer qalmayıb. Bunu edən heç də yad birisi deyil. Onu bu hala salan yeniyetmənin qanından, canından biri olan insandır. Başındakı yanıq qıc olan zamanı sobanın üzərinə düşəndə olub. Yaşadıqlarına baxmayaraq hər şeyi gülə-gülə danışır”.

Həmçinin oxuyun

Xocalı aeroportu Azərbaycanın nəzarətinə keçir – VİDEO

İşğaldan azad edilmiş ərazilərdə daha bir mühüm strateji obyekt tam Azərbaycanın nəzarətinə keçəcək. Bunu açıqlamasında …