Azərbaycanda general vəfat edib. Yerli KİV-lərin məlumatına görə, ədliyyə general-mayoru Zavər Qafarov noyabrın 17-də 68 yaşında dünyasını dəyişib.
O, ürək tutmasından vəfat edib.
Qeyd edək ki, Qafarov 1953-cü ildə anadan olub. Uzun illər ədliyyə orqanlarında çalışıb. Daha sonra o, Ədliyyə Akademiyasında Elmi tədqiqat və doktorantura şöbəsində işləyib.