Cümə axşamı , Mart 28 2024
Ana səhifə / Aktual / Azərbaycana yeni lokomotivlər gətirildi (VİDEO)

Azərbaycana yeni lokomotivlər gətirildi (VİDEO)

Azərbaycana yeni lokomotivlər gətirilib. 
Belə ki, əvvəlkilərdən daha sürətli, təhlükəsiz və rahat olan lokomotivlər həm yük, həm də sərnişinlərin daşınmasında istifadə ediləcək.
Azərbaycan dəmir yolları tarixində ilk dəfə olaraq lokomotiv saatda 159 km. sürətlə hərəkət edir. Lokomotivlər Fransanın ”ALSTOM” firmasının istehsalıdır.
Hələlik ölkəmizə ikisi gətirilən lokomotiv bu gün jurnalistlərədə təqdim edilib.
Ölkəmizə gətiriləcək yeni lokomotivlərin sayı isə ümumilikdə 50 olacaq ki, onlardan 40-ı yük, 10- u isə sərnişin daşıma üçün nəzərdə tutulub.
Tətbiq baxımından bu lokomotiv dünyanın ən çoxfunksiyalı elektrik lokomotividir. Belə ki, bu lokomotivlər az enerji sərfiyyatı, aşağı texniki xidmət xərcləri ilə yeni nəsil lokomotivlərdən xüsusi ilə seçilir.


Həmçinin oxuyun

Quru sərhədlərin açılmaması ilə bağlı yeni versiyalar: Hökumət nədən çəkinir?

Azərbaycanın quru sərhədlərinin daha üç ay bağlı qalması ilə bağlı qəbul edilən axırıncı qərardan sonra …