Şənbə , Aprel 20 2024
Ana səhifə / Aktual / Azərbaycana xaricdən ölü donorun gətirilməsi mümkün olacaq

Azərbaycana xaricdən ölü donorun gətirilməsi mümkün olacaq

Xaricdən Azərbaycana ölü donorun və hissələrinin gətirilməsinə və ölkədən xaricə göndərilməsinə icazə verilir.

“Report”un xəbərinə görə, bununla bağlı “İnsan orqan və (və ya) toxumalarının transplantasiyası haqqında” qanuna dəyişiklik edilir.

Qanuna əlavə edilən 11-1 (Ölü donorun və hissələrinin xaricdən gətirilməsi və göndərilməsi) maddəsinə əsasən, ölü donorun və hissələrinin transplantasiya, tədris və elmi məqsədlərlə xarici ölkələrdən gətirilməsi və ya xaricə göndərilməsi müvafiq icra hakimyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydada həyata keçirilir.

Dəyişiklik layihəsi Milli Məclisin Səhiyyə komitəsinin iyunun 5-də keçiriləcək iclasında müzakirə ediləcək.

Həmçinin oxuyun

Xocalı aeroportu Azərbaycanın nəzarətinə keçir – VİDEO

İşğaldan azad edilmiş ərazilərdə daha bir mühüm strateji obyekt tam Azərbaycanın nəzarətinə keçəcək. Bunu açıqlamasında …