Cümə , Aprel 19 2024
Ana səhifə / Aktual / “Azərbaycana xəyanət edən xalq yazıçısı adını daşıya bilməz”

“Azərbaycana xəyanət edən xalq yazıçısı adını daşıya bilməz”

Azərbaycan Cinayət Məcəlləsində xüsusilə ağır cinayət (ən ağır cinayət kateqoriyasına aid) hesab olunan “Dövlətə xəyanət” adlı maddəsi mövcuddur. Həmin maddəyə əsasən “Azərbaycanın suverenliyi, ərazi toxunulmazlığı, dövlət təhlükəsizliyi və ya müdafiə qabiliyyəti zərərinə olaraq vətəndaşı tərəfindən qəsdən törədilən əməl: düşmən tərəfinə keçmə, casusluq, dövlət sirrini xarici dövlətə vermə, Azərbaycan Respublikasına qarşı düşmənçilik fəaliyyəti aparmaqda xarici dövlətə, təşkilata və ya onların nümayəndələrinə kömək etmə” – on iki ildən iyirmi ilədək müddətə azadlıqdan məhrum etmə və ya ömürlük azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

Hətta həmin maddənin qeyd hissəsinə əsasən bu cür əməllərə yol verən şəxs aldığı cinayət tapşırığının icrası üzrə heç bir fəaliyyət göstərməmişsə və dövlət hakimiyyət orqanlarına könüllü surətdə və vaxtında məlumat vermişsə və ya Azərbaycan Respublikasının mənafelərinə ziyan vurulmasının qarşısının alınmasına sair formada kömək etmişsə, əgər onun hərəkətlərində başqa cinayətin tərkibi yoxdursa, cinayət məsuliyyətindən azad olunur. Bu məsələyə toxunmaqla özünün bütün təcrübəsini, biliyini və bacarıqlarını ortaya qoymaqla “Qafqaz üçlüyü” filmini ərsəyə gətirən, dövləti ilə yanaşı həm də ölkəsinə, millətinə, tarixinə və hətta özünə qarşı belə xəyanət etmiş rüstəm ibrahimbəyovun xəyanətkar əməlinin dövlətə aid olan hissəsinə hüquqi izah verməyə cəhd etmək istədim. Bəs bu qaraguruh əməlin qalan saysız-hesabsız müqəddəs obyektlərə münasibətdə hüquqi və mənəvi qiymətini kim və nə zaman verəcək?! Bu müqəddəs missiyanı da zamana və xalqa həvalə edək!

Əslində, dünya tarixinə nəzər saldıqda şahidi oluruq ki, bəzi “insanlar” tarixdə təkcə müsbət mənada qəhrəmanlıqları ilə deyil, həm də ən mənfi obraz olmaq yarışına girməklə də qalmağa çalışmışlar. Bunlara misal olaraq iki min ildir adı xəyanətkar obrazı kimi tarixə düşən, İsa peyğəmbərin 12 həvarisindən biri olan İudanın, Roma İmperatoru olan Yuli Sezarın ən yaxın tərəfdaşı və hətta bəzi mənbələrə görə oğulluğu olan Brutun xəyanətləri kimi barmaqla sayıla biləcək nümunələri gətirmək olar. Məlumat üçün onu da qeyd edim ki, tarixi mənbələrə görə bu iki xəyanətkar şəxsin hər ikisi intihar nəticəsində həyatlarına son qoyublar. Bəlkə də mənəvi dəyərlər, vətən və millət kimi müqəddəs məfhumların onlar üçün bir əhəmiyyət kəsb etmədiyindən və müsbət qəhrəman kimi tarixə düşməyin daha çətin olmasını nəzərə alan r.ibarhimbəyov kimilər bu yolu özlərinə seçirlər.

Gəzən məlumatlara görə bu şəxs tezliklə Ermənistanın “xalq artisti” adına layiq görüləcəyi və beləliklə də bu sahədə bir ilkə imza atmaqla tarixdə mümkün olmayanı, Aərbaycanın xalq artisti olmaqla yanaşı həm də Ermənistanın xalq artisti olacağını əldə etmək ümidi ilə alışıb yanır. Hər bir halda o bundan sonra istənilən dövlətin, istənilən tituluna sahib ola bilər, ancaq Azərbaycana, onun tarixinə və Azərbaycan xalqına qarşı xəyanət edən şəxs Azərbaycanın “xalq yazıçısı” adını daşıya bilməz! Ən azından o, bu addan Ermənistanın “xalq artisti” adını alanadək məhrum olunmalıdır!
Eyni zamanda onu da qeyd edim ki, yazıdan da göründüyü kimi Azərbaycan dilinin qrammatika qanunlarına zidd olsa da düşünürəm ki, Rüstəm İbrahimbəyov kimi “qəhrəman”ların adları kiçik hərflərlə yazlmalıdır. Çünki bu cür şəxslər xəyanətkarın və xəyanətin böyüyündən savayı, böyük heç nəyə layiq deyillər!

Vəkil Xəyal Bəşirov

Həmçinin oxuyun

Xocalı aeroportu Azərbaycanın nəzarətinə keçir – VİDEO

İşğaldan azad edilmiş ərazilərdə daha bir mühüm strateji obyekt tam Azərbaycanın nəzarətinə keçəcək. Bunu açıqlamasında …