Cümə axşamı , Aprel 18 2024
Ana səhifə / Aktual / Azərbaycana güclü təsir edən dərman preparatlarının keçirilməsinin qarşısı alınıb

Azərbaycana güclü təsir edən dərman preparatlarının keçirilməsinin qarşısı alınıb

Dövlət Gömrük Komitəsi (DGK) Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin əməkdaşları külli miqdarda güclü təsir edən maddənin Azərbaycanın gömrük sərhədindən bəyan etməməklə keçirilməsinə cəhdin qarşısını alıblar.

“Report” DGK-ya istinadən xəbər verir ki, Ankara-Bakı aviareysilə gələn Azərbaycan vətəndaşı gömrük nəzarətindən keçərkən onun baqajı “X-Ray” aparatıyla yoxlanılıb.

Yoxlama zamanı, vətəndaşa məxsus çamadandakı əşyaların təsvirləri və özünün hərəkətləri şübhə doğurduğu üçün o, gömrük əməkdaşları tərəfindən saxlanılıb. Yükün təkrar yoxlanılması nəticəsində isə sellofanlara bükülmüş vəziyyətdə, üzərində “LYRICA Pfızer Pregabalin 300 mg kapsül” sözləri yazılmış 120 konvalyut – cəmi 1680 ədəd kapsul aşkar edilib.

Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin arayışına əsasən, aşkar edilən kapsullar preqabalin adlı dərman preparatıdır. Ümumi sayı 1680 ədəd olan kapsulda preqabalinin təsiredici maddəsinin ümumi miqdarı 504 qram təşkil edir.

Xatırladaq ki, preqabalin müvafiq qanunla təsdiq edilmiş “Güclü təsir edən maddələrin və onların külli miqdarının Siyahısı”na daxildir.

Faktla bağlı araşdırma aparılır.

Həmçinin oxuyun

Azərbaycanda universitet prorektoru kazinoda külli miqdarda pul uduzub? – AÇIQLAMA

Bakı Avrasiya Universitetinin rektoru Nazim Hüseynovun oğlu Günhan Hüseynovun Gürcüstanda kazinoda külli miqdarda pul uduzması …