Cümə , Aprel 19 2024
Ana səhifə / Aktual / Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi ilə bağlı konfrans keçirildi – foto

Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi ilə bağlı konfrans keçirildi – foto

Qarabağ Azadlıq Təşkilatının (QAT) təşəbbüsü ilə bu gün XVII “Qarabağ dünən, bu gün və sabah” elmi-praktiki konfransı keçirilib.

Musavat.com QAT-ın mətbuat xidmətinə istinadən xəbər verir ki, konfrans 17 ildir, ildə bir dəfə Respublika Günü münasibətilə keçirilir. Konfrans bu il Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə həsr olunub. Konfransa Azərbaycan, Türkiyə, İran, Rusiya, Yaponiya, Litva və digər ölkələrdən Qarabağın tarixinə, mədəniyyətinə, Dağlıq Qarabağ münaqişəsinə dair məqalələr təqdim olunub, məqalələr “Qarabağ dünən, bu gün və sabah . XVII buraxılış” adı ilə kitab şəklində çap olunub. Kitabın nüsxələri konfrans iştirakçılarına təqdim olunub.

Qarabağ Azadlıq Təşkilatının sədri Akif Nağı, konfransın moderatoru, tarix üzrə fəlsəfə doktoru Firdovsiyyə Əhmədova, məqalə müəllifləri Rafiq Səfərov, Tofiq Həsənov, Rəsmiyyə Qarayeva və digərləri çıxış edərək konfransın məqsədi, qoyulan məsələlər, problemlərlə bağlı danışıb, təklif və münasibətlərini bildirib, məqalələrini təqdim ediblər. Dinlənilən məqalələr ətrafında müzakirələr keçirilib.

Həmçinin oxuyun

“Rusiya Azərbaycan vasitəsilə Paşinyanı cəzalandırmaq niyyətindədir”

Siyasi Menecment İnstitutunun direktoru Azər Qasımlı Meydan TV-yə deyir ki, Rusiya sülhməramlılarının Azərbaycanı vaxtından əvvəl …