Çərşənbə axşamı , Aprel 16 2024
Ana səhifə / Aktual / Azərbaycan Şuşa, Qırmızı bazar və Xocavəndi bir həftə ərzində almaq üçün bütün qüvvələrini səfərbər edib – “Moskovskiy komsomolets”.

Azərbaycan Şuşa, Qırmızı bazar və Xocavəndi bir həftə ərzində almaq üçün bütün qüvvələrini səfərbər edib – “Moskovskiy komsomolets”.

Mütəxəssislər bunu bir neçə amillə əlaqələndirirlər. Amillərdən biri Azərbaycan Ordusunun yüksək teniki hazırlığı və qələbə ruhudursa, digər amil hava şəraitidir. Bu ilin payızı çox mülayim keçir. Bu da Azərbaycan Silahlı Qüvvələrinin dağ şəraitində rahat əməlliyyat keçirməsinə əlavə imkanlar açıb. Amma qış qapını kəsib. Ona görə də yaxınlaşan qış Azərbaycanı faktiki olaraq son böyük hücuma başlamağa məcbur edir. Bunun üçün Azərbaycan yaxın bir həftədə müharibəni qələbə ilə başavurma perspektivlərini qarşıya qoyub. Əks təqdirdə, total hücum əməliyyatlarını Azərbaycan bir-neçə ay təxirə salmaq məcburiyyətində qalacaq. Ona görə də noyabrın ilk günlərində Azərbaycan tərəfi Şuşa, Qırmızı bazar, Xocavənd və digər strateji mövqeləri ələ keçirməyə çalışır.

Bu, baş verərsə, onda Dağlıq Qarabağın mərkəzi şəhəri Stepanarkertə (Xankəndi-red) Azərbaycan üçün bir anda iki yol açılacaq. Eyni zamanda, Dağlıq Qarabağdakı erməni icması üçün Ermənistanla əsas təchizat yolları kəsiləcək. Ona görə də Laçın və Şuşa şəhərləri uğrunda hazırda şiddətli döyüşlər gedir.

Bakının dediyinə görə, ermənilərin Stepanakertdən cəmi 10-12 km aralıdakı  əsas sursat-təchizat anbarı bu günlərdə dağıdılıb. Mütəxəssislər hesab edir ki, müharibədə azacıq fasilə bu anbarların ermənilər tərəfindən tezliklə sursatla təminatına imkan verə bilər. Bu da müdafiəçilərin (yəni ermənilərin) döyüş səmərəliliyinə dərhal təsir edə bilər.

Hərbi ekspert və politoloq Yuri Podolyaka öz informasiya səhifəsində yazır ki, “Əslində Azərbaycanın bu payız kampaniyasında yalnız bir tam hüquqlu hücum həyata keçirmək imkanı var. Bu imkan qaçırılsa, onda bir qış kampaniyası keçirməli olacaqlar. Aydındır ki, Azərbaycan Ordusu qışı mütləq dağlarda qarşılayacaq. Yeganə sual isə budur: Azərbaycan hansı mövqelərdə qışı keçirəcək?”.

Noyabrın ilk həftəsində 16-20 dərəcə isti qeydə alınıb. Lakin çərşənbə günündən bu həftənin sonuna qədər güclü yağışların olacağı gözlənilir. Bundan sonra temperator 5-6 dərəcə aşağı düşəcəyi proqnozlaşdırılır. Uzun sürən yağışlar azərbaycanlıların Bayraktar tipli pilotsuz hücum təyyarələrini istifadəsini praktik olaraq aradan qaldırır. Düzdür, Azərbaycan Ordusu bu mümkün boşluğu artilleriya ilə  kompensasiya edə bilər. Mütəxəssislər şübhə etmir ki, Azərbaycan tərəfi artıq bu problemi də çözüb. Ona görə də “önümüzdəki günlərdə Qarabağda böyük döyüşlərin gedəcəyinə şübhə yoxdur. Azərbaycan tərəfi Şuşa, Qırmızı bazar və Xocavəndi bir həftə ərzində almaq üçün bütün qüvvələrini səfərbər edib, – deyə Yuri Podolyaka əlavə edib.

“Moskovskiy komsomolets”. 2 noyabr 2020

/Konkret.az

Həmçinin oxuyun

Azərbaycanda universitet prorektoru kazinoda külli miqdarda pul uduzub? – AÇIQLAMA

Bakı Avrasiya Universitetinin rektoru Nazim Hüseynovun oğlu Günhan Hüseynovun Gürcüstanda kazinoda külli miqdarda pul uduzması …