Çərşənbə , Aprel 24 2024
Ana səhifə / Aktual / Azərbaycan şirkəti Qırğızıstanda fəhlələrin pulunu vermir – Kimin şirkətidir?

Azərbaycan şirkəti Qırğızıstanda fəhlələrin pulunu vermir – Kimin şirkətidir?

Qırğızıstanın Batkensk vilayətində yol inşaatında çalışan fəhlələr Azərbaycan şirkətindən bir neçə aydır ki, maaşlarını ala bilmir və tətilə başlayıblar.“Azadlıq” radiosunun qırğız xidməti xəbər verir ki, Azərbaycanın “ALKE İnşaat Sənaye və Ticarət” ASC şirkəti Oş-Batken-İsfana avtomobil yolunun tikintisi üçün podratçıdır.

İyulun 21-də Qırğızıstanın nəqliyyat və yollar naziri Jamşitbek Kalilov Batken vilayətinin Uç Korqon kəndində tətil edən fəhlələrlə və layihəni maliyyələşdirən İslam İnkişaf Bankının nümayəndələri, o cümlədən podratçı şirkətin rəhbələri ilə görüşüb. Şirkətə tapşırılıb ki, tezliklə fəhlələrin əmək haqlarının ödənilməsini təmin etsin. Şirkət isə nazirə vəd verib ki, iyulun 25-də Bakıdan onlara pul göndəriləcək və maaşları iyulun 30-dan başlayaraq ödəyəcəklər.

 

Lakin fəhlələr bu vədə inanmayaraq iyulun 25-dən tətilə başlayıblar. Tətil edənlərin sayı 40 nəfərə yaxındır. “Maaşlarımızı artıq dörd aydır vermirlər. Aldada aldada bu vaxta qədər uzadıblar. İş ləngiyir. Keçən dəfə nazir dedi ayın 25-də ödəyəcəklər, amma ödəmədilər”-tətil edənlərdən biri Alıbek Pazılov deyib.

Qırğızıstanın Nəqliyyat və Yollar Nazirliyinin məlumatına görə 108 kilometrlik Oş-Batken-İsfana avtomobil yolunun tikintisinin maliyyələşdirilməsi üçün İslam İnkişaf Bankı ilə 21 milyon dollarlıq kredit müqaviləsi bağlanıb. Ötən il mayın 11-də nazirliklə “ALKE İnşaat Sənaye və Ticarət” ASC arasında 18 milyon dollarlıq tikinti işlərinin yerinə yetirilməsinə dair müqavilə bağlanıb.

08464ca3-14bb-4ec7-975a-f91f857f3c54 Məlum deyil ki, Qırğızıstanda yolun tikintisini İslam İnkişaf Bankı maliyyələşdirirsə “ALKE İnşaat Sənaye və Ticarət” ASC fəhlələrin maaşlarını ödəmək üçün pulları niyə Bakıdan aparır?

“ALKE İnşaat Sənaye və Ticarət” ASC 2011-ci ildə fəaliyyətə başlayıb. Baş ofisi Bakının Nərimanov rayonu, Əhməd Rəcəbli küçəsi 2/26 ünvanında yerləşir. Bu ilin sentyabrında “ALKE İnşaat və Ticarət” ASC “Azərsu” ASC-nın Heydər Əliyev prospektində inşası yarımçıq qalmış inzibati binasının tikintisinin tamamlanması üçün müqavilə bağlayıb. Müqavilənin dəyəri 44.1 milyon dollardır.

Bu şirkət habelə Azərbaycanda bəzi yol-nəqliyyat infrastrukturu layihələrində podratçı olub və mətbuatda şirkətdən maaşlarını ala bilməyən fəhlələr barədə şikayətlərə rast gəlmək olur.

Qeyd edəık ki, “Alke İnşaat Sənaye və Ticarət Şirkəti”-nin rəhbərliyinin Azərbaycanda da insanların əmək haqqını vermədiyinə dair mətbuartda şikayətlər dərc olunub.  Məsələn, Ucar rayon Beton Zavod yaşayış evi sakini Mahmudova Sarıgül Hüseynalı qızı bildirib ki, “Alke İnşaat Sənaye və Ticarət Anonim Şirkəti” bizim ailəni əmək müqaviləsi bağlamadan işlədib 6 aylıq əmək haqqımızı verməyib: “Bizim ailənin 4 üzvü bu yaramaz şirkətdə əmək müqaviləsi bağlanılmadan 2 il işlədilib amma əmək kitabçamıza iş stajı yazılmayıb…”Alke İnşaat Sənaye və Ticarət Anonim Şirkəti” -nin Məhəmməd adlı məsul vəzifəli əməkdaşı yaşadığım Ucar rayonuna evimizə gəlib bizim ailəyə olan 3600 manat əmək haqqı borcundan 1000 manat pul verib.”

2011-ci ildə yaradılan  “ALKE İnşaat Sənaye və Ticarət” ASC -nin arxasında hansı məmurun dayandığı açıqlanmasa  da, böyük himayədarının  olduğu şübhə doğurmur.

Həmçinin oxuyun

Şəhid Nurəddin Mirzəzadə yad edildi – FOTOLAR

Bu gün sıravi əsgər şəhid Nurəddin Mirzəzadənin anadan olmasından bir il ötür. Mirzəzadə Nürəddin Burhan …