Şənbə , Aprel 20 2024
Ana səhifə / Azərbaycan – San-Marino matçının biletləri satışa çıxarıldı

Azərbaycan – San-Marino matçının biletləri satışa çıxarıldı

2018-ci il dünya çempionatının seçmə mərhələsi çərçivəsində keçiriləcək Azərbaycan – San-Marino oyununun biletləri satışa çıxarılıb.

AFFA-nın rəsmi saytında yerləşdirilmiş məlumata əsasən, biletləri “28 Mall” Ticarət Mərkəzində, “Bakcell” Müştəri Xidmətləri mərkəzində (metronun “Sahil” stansiyasının yaxınlığı) və “Bakcell Arena”nın kassalarında əldə etmək mümkündür.

Həmçinin biletlərin online satışı www.tickets.affa.az saytında da həyata keçirilir.

VIP yerlər üçün biletlərin qiyməti 25, 1-ci kateqoriya üzrə 4, 2-ci kateqoriyaya aid olanlar isə 1 manat təşkil edir.

Qeyd edək ki, sentyabrın 4-də Bakı Olimpiya Stadionunda keçiriləcək Azərbaycan – San-Marino matçı saat 20:00-da başlayacaq.

Həmçinin oxuyun

Vidadi Zeynalov 43 milyonluq əmlakını geri istəyir

“MTN işi”nə görə həbs edilən, sonradan isə azadlığa buraxılan Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin sabiq …

Bir cavab yazın