Çərşənbə axşamı , Aprel 23 2024
Ana səhifə / Aktual / Azərbaycan şəhərində Azərbaycan və Türkiyə bayraqları erməni havası altında yandırıldı… –FOTOLAR

Azərbaycan şəhərində Azərbaycan və Türkiyə bayraqları erməni havası altında yandırıldı… –FOTOLAR

Biz hələ gözləyək, Qarabağ həsrəti çəkənlər ATƏT-in havası altında dərddən yanıb kül olsunlar…

Ötən gecə 28-ci ildir ki, işğal altında qalan Xankəndi şəhərimizdə sülənən separatçı-terrorçu ermənilər Türkiyə və Azərbaycan dövlətləri əleyhinə kütləvi aksiya keçiriblər. 

Moderator.az xəbər verir ki, separatçı erməni nəşrlərinin yaydığı məlumata görə, “ənənəvi məşəl yürüşü” adlanan tədbiri “Daşnaksütyun” partiyasının yerli gənclər şöbəsi təşkil edib. Azərbaycan şəhərində yeni tikilmiş baş erməni kilsəsindən  başlanan yürüş zamanı Türkiyə və Azərbaycan əleyhinə şüarlar səsləndirilib. Erməni dığa və axçilər əllərində qondarma “soyqırımı”nı tanımış dövlətlərin bayraqlarını daşıyıblar. Dünya birliyindən,  qondarma “erməni soyqırımı”nın beynəlxalq səviyyədə tanınmasını, həmçinin, Türkiyə dövlətindən buna görə təzminat ödəməsini tələb edən separatçı, işğalçı, terrorçu əqidəli  aksiya iştirakçıları Xankəndinin mərkəzi meydanında erməni milli(?) musiqisinin sədaları altında Türkiyə və Azərbaycan bayraqlarına od vurublar…

P.S. Biz hələ gözləyək, Qarabağ həsrəti çəkənlərin hamısı ATƏT-in Minsk Qrupunun, ABŞ-ın, Rusiyanın, Fransanın, Britaniyanın çaldığı hava altında dərddən yanıb kül olsunlar, sonra baxarıq…

Həmçinin oxuyun

Şəhid Nurəddin Mirzəzadə yad edildi – FOTOLAR

Bu gün sıravi əsgər şəhid Nurəddin Mirzəzadənin anadan olmasından bir il ötür. Mirzəzadə Nürəddin Burhan …