“Bakcell Arena”da Bakının “Neftçi” və Ağdamın “Qarabağ” komandaları arasında keçiriləcək Azərbaycan derbisi avqustun 11-də saat 21:00-da başlayacaq.

Topaz Premyer Liqasının birinci turunda, həmçinin avqustun 12-də “İnter” – “Qəbələ”, bir gün sonra isə “Zirə” – “Səbail” və “Sumqayıt” – “Kəpəz” komandalarının oyunları olacaq. (AZƏRTAC)