Çərşənbə , Aprel 24 2024
Ana səhifə / Aktual / Azərbaycan ordusu Qırmızı Bazar qəsəbəsinə də nəzarət edir – Qubad İbadoğlu

Azərbaycan ordusu Qırmızı Bazar qəsəbəsinə də nəzarət edir – Qubad İbadoğlu

“Füzuli rayonunun mərkəzinin alınması Məngələnata yüksəkliyinin bizdə olması deməkdir”.

Bu barədə Azərbaycan Demokratiya və Rifah Hərəkatının sədri Qubad İbadoğlu deyib.

“Bu eyni zamanda o anlama gələr bilər ki, Azərbaycan ordusu Xocavənd rayonun Tuğ, Tağ, Salatəkin, Susalıq, Domu kəndlərinə, Azıx mağarasına və o ərazidə əhəmiyyətli yaşayış məntəqələrindən olan Qırmızı Bazar qəsəbəsinə də nəzarət edir. Böyük ehtimalla yaxın günlərdə həmin ərazilərin də işğaldan azad olunması xəbərini alacağıq. Füzuli rayonun azad olunması həm də müzəffər ordumuzun Dövlətyarlı kəndi tərəfindən Xocavənd rayon mərkəzi istiqamətində irəliləməsinə imkan verir. Füzulinin işğal atında qalan kəndləri bu istiqamətdə yerləşənlərdir. Füzulinin rəsmi olaraq 72 kəndi vardır. Onun əsasən Araz çayı boyunca yerləşən 21-i bu müharibəyə qədər bizdə olub, yerdə qalan 51 kəndin demək olar ki, 30-nun son 20 gündə işğaldan azad olunması xəbərini almışıq. Bu isə o nəticəyə gəlməyə əsas verir ki, ərazicə Füzulinin 85-90 faizində Azərbaycan ordusu mövqelərini möhkəmləndirib, yerdə qalan 10-15 faizinə də nəzarət edir. Hazırda Füzuli ərazisində əhəmiyyət kəsb edən 2 yüksəklik vardır: Şişqaya və Üryandağ. İnşallah, tezliklə onlar da azad olunar və Füzuli tam Azərbaycan ordusunun ixtiyarında olar”.

Həmçinin oxuyun

Şəhid Nurəddin Mirzəzadə yad edildi – FOTOLAR

Bu gün sıravi əsgər şəhid Nurəddin Mirzəzadənin anadan olmasından bir il ötür. Mirzəzadə Nürəddin Burhan …