Cümə axşamı , Aprel 18 2024
Ana səhifə / Aktual / AZƏRBAYCAN MİLLİ ENSİKLOPEDİYASINDA BİABIRÇILIQ

AZƏRBAYCAN MİLLİ ENSİKLOPEDİYASINDA BİABIRÇILIQ

“Azərbaycan Milli Ensiklopediyasında biabırçılıq davam edir”. Bu haqda “XXI Əsr” Təhsil Məkəzinin rəhbəri, təhsil üzrə ekspert Etibar Əliyev öz “facebook” səhifəsində yazıb: “Azərbaycan Milli Ensiklopediyasının 7 cildi çapdan çıxıb. Ensiklopediyanın cildlərindəki məqalələr əsasən “Bolşaya Rossiyskaya Ensiklopediya”dan köçürülür. Ensiklopediya işini bilməyənlər deyirlər ki, burada qəbahət yoxdur. Ancaq bu qəbahət olmaqla yanaşı, həm də rüsvayçılıqdır. Ölkənin alim potensialını şübhə altına almaqdır. Sadəcə tərcümə işidir.
Milli Ensiklopediyanın 7-ci cildini satışda gördüm. Görün bu alimi-biəməllər nə ediblər. Bu cildin 476-cı səhifəsində XX əsrin mühüm fəlsəfi cərəyanı sayılan “ekzistensializm” haqqında məqalə verilib. Yazıblar: “Eksiztensializm(lat.ex(s)istentia-varlıq), varlıq fəlsəfəsi”.

1200px-AMEA_AME_Elmi_Mərkəzi

Ekzistensializm “varlıq” haqqında cərayan deyil, ey alimi-biəmməllər. Ekzistensializm “mövcudluq” haqqında fəlsəfi cərəyandır. “Varlıq” haqqında fəlsəfi təlim “Ontologiya” adlanır. Bunu qoyuram bir yana. “Ekzistensializm” haqqında məqaləni elə urvatsız tərcümə ediblər ki, hətta bunu oxuyan filosoflar da heç nə başa düşə bilməzlər.
Düşünürəm ki, 2004-cü ildə olduğu kimi bu Ensiklopediyanın da yüksək dairələrdə müzakirəsinin vaxtı çatıb”.

Həmçinin oxuyun

“Rusiya Azərbaycan vasitəsilə Paşinyanı cəzalandırmaq niyyətindədir”

Siyasi Menecment İnstitutunun direktoru Azər Qasımlı Meydan TV-yə deyir ki, Rusiya sülhməramlılarının Azərbaycanı vaxtından əvvəl …