Cümə , Aprel 19 2024
Ana səhifə / Aktual / “Azərbaycan mətbuatında üslub axtarışı getmir, publisistik üslub çökür” – Deputat

“Azərbaycan mətbuatında üslub axtarışı getmir, publisistik üslub çökür” – Deputat

“Dil normalarının pozulmasının qarşısını almaq üçün monitorinqlər getdikcə daha da artırılmalıdır”.
Bunu Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü, professor, deputat Nizami Cəfərov “Azərbaycanın media məkanında ədəbi dilin qrammatikasına dəstək” lahiyəsi çərçivəsində keçirilən “Azərbaycanın media məkanında ədəbi dilin qorunması: problemlər və perspektivlər” mövzusunda konfransda deyib.
O bildirib ki, aparılan monitorinqlərin nəticəsində dil normalarının düzgün işlənməsinə diqqətin artdığı, səhvlərin azaldığı göz qabağındadır: “Bu gün dillə bağlı ən böyük narahatlıq mətbuatdadır”.
N.Cəfərovun sözlərinə görə, Azərbaycan mətbuatında üslub axtarışı getmir, publisistik üslub çökür: “Mətbuatımızda fərdi üslub yoxdur, yaranmır”.
Report

 

Həmçinin oxuyun

Xocalı aeroportu Azərbaycanın nəzarətinə keçir – VİDEO

İşğaldan azad edilmiş ərazilərdə daha bir mühüm strateji obyekt tam Azərbaycanın nəzarətinə keçəcək. Bunu açıqlamasında …