Şənbə , Aprel 20 2024
Ana səhifə / Aktual / Azərbaycan klubları arasında insident – Video

Azərbaycan klubları arasında insident – Video

Azərbaycan Premyer Liqasının 16-cı turu çərçivəsində keçirilən “Sumqayıt” – “Zirə” matçı (2:1) qalmaqalla yadda qalıb. 

Görüşün 35-ci dəqiqəsində top uğrunda mübarizə zamanı qonaq komandanın futbolçusu İlkin Muradov “kimyaçılar”ın yarımmüdafiəçisi Əmir Ağayevin sifətinə zərbə endirib. Baş hakim Orxan Məmmədov Muradova ikinci sarı vərəqəni verərək meydandan qovub.

Bu “Zirə”lilərin digər oyunçularında qıcıq yaradıb. Nəticədə hər iki komanda üzvləri arasında kütləvi toqquşma baş verib. Məsələyə texniki heyət də qatılıb. Bəzi futbolçular aranı sakitləşdirməyə, onları ayırmağa çalışıb. 

Bir neçə dəqiqədən sonra ara sakitləşib. Referi toqquşmanın ən “fəalları” olan – Cavid Hüseynov, Əmir Ağayev və Peyman Babayini sarı vərəqə ilə cəzalandırıb.

Həmçinin oxuyun

Xocalı aeroportu Azərbaycanın nəzarətinə keçir – VİDEO

İşğaldan azad edilmiş ərazilərdə daha bir mühüm strateji obyekt tam Azərbaycanın nəzarətinə keçəcək. Bunu açıqlamasında …