Ana səhifə / Aktual / Azərbaycan-İran sərhədində ATIŞMA OLUB

Azərbaycan-İran sərhədində ATIŞMA OLUB

Noyabrın 23-də Dövlət Sərhəd Xidmətinin (DSX) Sərhəd Qo­şunlarının “Horadiz” sərhəd dəstə­si­nin Fizuli rayonunun Böyük Bəhmənli kəndi yaxınlığındakı sərhəd zasta­va­sı­nın xidməti ərazisində sərhəd naryadı tərəfindən 2 nəfər naməlum şəxsin İran İslam Respublikasından Azərbaycan Respublikası istiqa­mətində döv­lət sərhədini pozmaları müşahidə olunmuş­dur.

Bu barədə “Report”a DSX-nin Mətbuat Mərkəzindən məlumat verilib.

Sərhəd zastavası “Silaha” komandası üzrə qaldırılmış, xid­məti əra­zi tam qapadıl­mış­dır. Sərhəd naryadı tərəfindən “Dayan” əmri verilərək sər­həd pozu­cuları təqib edilmiş və havaya xəbərdarlıq atəşi açılmış­dır. La­kin sərhəd pozu­cu­ları əmrə tabe olmamış, sərhəd naryadına qarşı od­lu silahdan atəş açaraq sərhədçilərin həyatına qəsd etmişlər.

Sərhəd naryadı tərəfindən “Dövlət sərhədi haqqında” Azərbaycan Respublikası Qanunun tələblərinə tam uyğun olaraq silah tətbiq olun­muş və sərhəd pozucularından biri zərərsizləşdirilmişdir. Digər sərhəd pozucusu ərazinin kolluq və qamışlıq olmasından istifadə edərək İran İslam Respublikası ərazisinə qaçmışdır.

Hadisə yerində 1 ədəd politelen bağlamada ümumi çəkisi 2595 qram marixuana və metafetamin növündə narkotik vasitə, 1 ədəd “Samsung” markalı mobil telefon, 1 ədəd bıçaq, 2 ədəd 7,62 mm çaplı patron gilizləri aşkar olunmuşdur.

İİR-in sərhəd nümayəndəsinin iştirakı ilə hadisə yerinə baxış keçi­ri­lərkən aldığı güllə yarasından hadisə yerində vəfat etmiş sərhəd pozucusunun İİR vətəndaşı olması müəyyən edilmişdir.

Hazırda Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının və Füzuli Hərbi Prokurorluğun əmək­daşları tərəfindən hadisə ilə əlaqədar zəruri əməliyyat-istintaq hə­rə­kət­ləri həyata keçirilir.

Həmçinin oxuyun

Quru sərhədlərin açılmaması ilə bağlı yeni versiyalar: Hökumət nədən çəkinir?

Azərbaycanın quru sərhədlərinin daha üç ay bağlı qalması ilə bağlı qəbul edilən axırıncı qərardan sonra …