Cümə axşamı , Aprel 18 2024
Ana səhifə / Aktual / Azərbaycan daha 5 böyük idman oyununa evsahibliyi edəcək – RƏSMİ AÇIQLAMA

Azərbaycan daha 5 böyük idman oyununa evsahibliyi edəcək – RƏSMİ AÇIQLAMA

“Bakı 2015” Birinci Avropa Oyunlarından sonra Azərbaycan daha bir neçə böyük idman tədbirinə evsahibliyi edəcək.

2016-ci ildə “Formula-1” avtoyarışları üzrə dünya çempionatının mərhələsi, 2016-ci ildə Şahmat üzrə Dünya Çempionatı, 2017-ci ildə İslam Həmrəylik Oyunları, 2020-ci ildə futbol üzrə Avropa Çempionatının 4 oyunu Azərbaycanda keçiriləcək.

Müvafiq təşkilatların təmsilçiləri bu yarışlarla bağlı Modern.az saytına açıqlamalar veriblər.

Gənclər və İdman Nazirliyinin mətbuat katibi Səmayə Məmmədova:

““Formula-1” yarışları 2016-ci ilin iyul ayında keçiriləcək. Hələ ki, bu yarışla bağlı hər hansı açıqlama vermək istəmirik. Bir müddət keçdikdən sonra “Formula-1” yarışları ilə bağlı mətbuata açıqlamalar veriləcək”.

Şahmat Federasiyasının vitse-prezidenti Faiq Həsənov:

“Şahmat üzrə Dünya Çempionatı 2016-ci ildə sentyabrın 10-dan oktyabrın 6-dək davam edəcək. Çempionatda iştirak etmək üçün ölkəmizə 128 şahmatçı gələcək. Demək olar ki, dünyanın bütün qitələrindən şahmatçılar çempionatda iştirak edəcək. Amma həmin ölkələrin sayını dəqiq deyə bilməyəcəm. Çünki rəsmi olaraq həmin siyahını almamışıq.

Ölkəmizi çempinatda 6 şahmatçı – Teymur Rəcəbov, Şəhriyar Məmmədyarov, Rauf Məmmədov, Eltac Səfərli, Qədir Hüseynov və Vasif Durarbəyli təmsil edəcək. Artıq yarışlarla bağlı hazırlıq işləri başlayıb. Federasiyanın vitse-prezidenti Mahir Məmmədov təşkilat və əməliyyat komitəsinə rəhbərlik edir”.

Milli Olimpiya Komitəsindən bildiriblər ki, 2017-ci ildə keçiriləcək İslam Həmrəylik Oyunlarında hansı islam ölkələrinin iştirak edəcəyi müəyyənləşməyib.

AFFA-nın I vitse-prezidenti, deputat Rauf Əliyev:

“2020-ci ilə futbol üzrə Avropa Çempionatının bir qrup mərhələsi Azərbaycanda keçiriləcək. Hələ ki, hansı qrup komandalarının gələcəyi müəyyənləşməyib.

Hazırda yarışla bağlı hazırlıq işləri gedir. Oyunlar zamanı bütün işlər yüksək səviyyədə olacaq. Bu, çox böyük çempionatdır. Bu, Azərbyacanın daha bir idman üzrə, futbol  üçün təbliğatı olacaq. Çünki Azərbaycana Avropanın ən güclü qrup komandaları gələcək. Bu da Azərbaycanda  futbolun inkişafı böyük bir uğurdur.
Həmçinin, 2016-ci ilin yayında Azərbaycanda 17 yaşlılar arasında Avropa Çempionatı da keçiriləcək”.

Həmçinin oxuyun

Azərbaycanda universitet prorektoru kazinoda külli miqdarda pul uduzub? – AÇIQLAMA

Bakı Avrasiya Universitetinin rektoru Nazim Hüseynovun oğlu Günhan Hüseynovun Gürcüstanda kazinoda külli miqdarda pul uduzması …

Bir cavab yazın