Cümə axşamı , Mart 28 2024
Ana səhifə / Aktual / Azərbaycan bu ölkələrə də uçuşları dayandırdı

Azərbaycan bu ölkələrə də uçuşları dayandırdı

Nazirlər Kabineti yanında Operativ Qərargahın Məlumatı Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən qlobal pandemiya hesab olunan koranavirus (COVİD-19) infeksiyasının ölkə ərazisində yayılmasının qarşısının alınması tədbirləri çərçivəsində “Azərbaycan Hava Yolları” və əcnəbi aviaşirkətlər tərəfindən bir neçə istiqamət üzrə həyata keçirilən uçuşlar müvəqqəti olaraq dayandırılır. 

Operativ Qərargahdan “Qafqazinfo”ya daxil olan məlumata əsasən, həmin istiqamətlər aşağıdakılardır: 

– 16 mart tarixindən etibarən AZAL və Özbəkistan hava yolları vasitəsilə Bakı-Daşkənd-Bakı;

– 16 mart tarixindən etibarən AZAL vasitəsilə Bakı-Lvov-Bakı;

– 17 mart tarixindən etibarən AZAL vasitəsilə Bakı-Dubay-Bakı;

– 17 mart tarixindən etibarən AZAL vasitəsilə Bakı-Kazan-Bakı, Bakı-Minvodı-Bakı, Bakı-Ufa-Bakı;

– 24 mart tarixindən etibarən AZAL vasitəsilə Bakı-Nyu-York-Bakı;

– 17 mart tarixindən etibarən Qatar hava yolları vasitəsilə Bakı-Doha-Bakı;

– 17 mart tarixindən etibarən Air Arabia, Ethiad, Fly Dubai vasitəsilə Abu-Dabi-Bakı-Abu-Dabi, Dubay-Bakı-Dubay, Şarja-Bakı-Şarja;

– 17 mart tarixindən etibarən S7 hava yolları vasitəsilə Novosibirsk-Bakı-Novosibirsk;

– 17 mart tarixindən etibarən UralAirlines vasitəsilə Yekaterinburq-Bakı-Yekaterinburq;

– 18 mart tarixindən etibarən İrAero hava yolları vasitəsilə Krasnoyarsk-Bakı-Krasnoyarsk;

– 17 mart tarixindən etibarən Utair hava yolları vasitəsilə Surqut-Bakı-Surqut.

Həmçinin oxuyun

Quru sərhədlərin açılmaması ilə bağlı yeni versiyalar: Hökumət nədən çəkinir?

Azərbaycanın quru sərhədlərinin daha üç ay bağlı qalması ilə bağlı qəbul edilən axırıncı qərardan sonra …