Ana səhifə / Aktual / “Azərbaycan əsgəri erməni qadına yardım edərək insanlığını göstərdi”

“Azərbaycan əsgəri erməni qadına yardım edərək insanlığını göstərdi”

Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyev Türkiyənin “Haber Global” kanalına müsahibəsində Qarabağdakı vəziyyətdən və son danışıqlar prosesindən danışıb.

“Qafqazinfo” xəbər verir ki, Prezident Administrasiyasının xarici siyasət məsələlər şöbəsinin müdiri bunları qeyd edib:

“Azərbaycanın haqlı olduğunu bütün dünyaya çatdırdığı üçün Türkiyə mediasına təşəkkür edirəm. Dünya bunu necə qəbul edəcək, bəzən hələ də eşitməməyə çalışanlar var. Ermənistanın dediklərini eşidərkən, bizə qulaqlarını tıxayanlar var. Hər bir kilsəyə və dünya xristianlarına hörmət göstərdik. Təəssüf ki, burada söhbət təbliğat və yalan xəbərlərdən gedir. Məsələn, bura (kilsəyə- red.) raket atıldı deyilir, ancaq kilsə ikonalarına heç bir ziyan dəyməyib. Dünya xristianlarının dini hisslərini də sui-istifadə edirlər. Azərbaycanın məscidlərini dağıtmaqdan çəkinmədilər, məscidlərdə donuz saxladılar.

Cənab Prezidentimizin də dediyi kimi, bizim Ermənistan xalqı ilə bir problemimiz yoxdu, onların siyasətçilərinin yaratdığı vəziyyətlə problemimiz var. Azərbaycan Suverenliyi daxilində yaşamaq istəsələr, hər cür dəstəyi verməyə hazırıq.

Cəbrayıl şəhərini şəkillərdən görürük, bir vaxt 100 min insanın yaşadığı yerdə indi daş daş üstündə qalmayıb, hər şeyi məhv ediblər. Orada yenidən bir həyat yaratmağa ehtiyac var. Bunu da bacaracağıq. Torpaqlar işğaldan azad edilsin, Azərbaycan orada qısa müddətdə gözəl bir şəhər inşa edəcək.

Mülki əhalidə heç bir günah görmürük, erməni xalqı ilə birlikdə yaşamağa hazırıq. Müharibənin xüsusiyyətlərinə və çətinliklərinə baxmayaraq Azərbaycan əsgəri bir erməni qadına yardım edərək insanlığını göstərmiş oldu. Ermənilər uşaq, qadın və yaşlı demədən öldürdüyü təqdirdə, bizim rəftarımız fərqli oldu. İnsanlarımızın böyük gözləntiləri var. Bütün sahələrdə fəaliyyətlərimiz davam edir. Ölkəmizə qarşı propaqanda aparılır, ancaq hər müharibə də masaarxası danışıqları tələb edir. Ancaq masada da eyni uğurlarımızı davam etdirəcəyik”.

Həmçinin oxuyun

Quru sərhədlərin açılmaması ilə bağlı yeni versiyalar: Hökumət nədən çəkinir?

Azərbaycanın quru sərhədlərinin daha üç ay bağlı qalması ilə bağlı qəbul edilən axırıncı qərardan sonra …