Cümə axşamı , Mart 28 2024
Ana səhifə / Aktual / Azərbaycan ədəbiyyatının iki böyük şairinin doğum günüdür “Müşfiq sazın, Səmədoğlu isə cazın dəlisiydi”

Azərbaycan ədəbiyyatının iki böyük şairinin doğum günüdür “Müşfiq sazın, Səmədoğlu isə cazın dəlisiydi”

Bu gün Azərbaycan ədəbiyyatının iki böyük şairi, Mikayıl Müşfiq və Vaqif Səmədoğlunun doğum günüdür.
Tanınmış tənqidçi Əsəd Cahangir Moderator.az-a açıqlamasında hər iki şairin maraqlı xüsusiyyətlərini müqayisə edib:
“Müşfiq anadan, Səmədoğlu atadan yetim idi. Müşfiqə mələk adı qoymuşdular, Səmədoğluna şair adı. Müşfiq Səmədoğlunun atasını görmüşdü, Səmədoğlu Müşfiqin oğlunu görmədi. Müşfiq şeirə öz adı ilə gəlmişdi, Səmədoğlu isə atasını adı ilə. Müşfiq repressiyanın ən sərt vaxtı şeir yazırdı, Səmədoğlu isə yumşalma zamanı.
Müşfiqin sovetə qarşı çıxması qəhrəmanlıq idi, Səmədoğlununku düşüncə dəbi. Müşfiq hər şeyə inanırdı, Səmədoğlu heç nəyə inanmırdı. Müşfiq sazın dəlisiydi, Səmədoğlu isə cazın. Müşfiq Abşeronun şanısını sevirdi, Səmədoğlu bu şanıdan çəkilən çaxırı. Müşfiq şeiri misralarla yazırdı, Səmədoğlu cümlələrlə. Xəzərin fonunda, qayalıqların üstündə gənc bir oğlan oturub. Bu, Müşfiqin portretidir. Bakının küçələri ilə çiyininə çanta salmış, çalsaçlı bir kişi gedir. Bu, Səmədoğlunun portretidir. Müşfiq şeirmizin yeganə əbədi gəncidir, Səmədoğlu çoxsaylı qocalarından biri. Müşfiq xalqın şairi oldu, Səmədoğlu Xalq şairi”

Həmçinin oxuyun

Quru sərhədlərin açılmaması ilə bağlı yeni versiyalar: Hökumət nədən çəkinir?

Azərbaycanın quru sərhədlərinin daha üç ay bağlı qalması ilə bağlı qəbul edilən axırıncı qərardan sonra …