Cümə , Aprel 19 2024
Ana səhifə / Aktual / Azər Zahidin təhqir etdiyi qazi danışdı: – “Üzr istəməlidir”

Azər Zahidin təhqir etdiyi qazi danışdı: – “Üzr istəməlidir”

Teleaparıcı Azər İsmayılovun (Azər Zahid) qeyri-etik ifadə işlətdiyi Qazi Amil Əliyev açıqlama verib. A.Əliyev bildirib ki, A.İsmayılov ondan üzr istəməlidir:

“İki gündür telefonlarımız susmur. Hər yerdən zəng edirlər. Azərin həmin sözü dediyini sonradan videoda görmüşəm, külək idi deyə, eşitməmişəm. Azər mənə 1530 manat pul verib. Azər gəlsin, mənə desin ki, bilməmişəm, söz ağzımdan çıxıb. Üzr istəsin və həmin videonu paylaşsın, camaat da görsün ki, səhvini düzəltdi. Özümə zəng etməyib”.

Amil Əliyev bildirib ki, onun gözünün müalicəsi var, amma bunun üçün müəyyən vəsait lazımdır:

“Mənim verilişlərə çıxmağıma bir səbəb var. İki ildir evdəyəm. Bilirəm ki, xarici ölkələrdə mənim gözümün müalicəsi var, buynuzlu qişa olarsa, gözümün biri görə bilər. Mənim efirə, canlılara çıxmağa nə istəyim, nə marağım yoxdur. Özümü göstərmək fikrində deyiləm”.

Qeyd edək ki, Azər İsmayılovun sosial şəbəkədə yayılan videosu tənqid edilib. İsmayılov TikTok-da canlı yayımda yığılan məbləği qazilərə vermək üçün onlarla bir araya gəlib.

Xatırladaq ki, A.Zahid Gözdən əlil qazi Amil Əliyevə zərfi verən Azər “Onsuz saya bilməyəcəksən” sözlərini deyib. Aparıcının bu qeyri-etik ifadəsi sosial şəbəkədə sər şəkildə tənqid olunub.

Qeyd edək ki, Amil İkinci Qarabağ müharibəsində yaralanıb və iki gözünü itirib. 22 yaşlı Amil düşmən postunda minaya düşərək ağır yaralanıb və 3 gün komada qalıb.

Həmçinin oxuyun

Xocalı aeroportu Azərbaycanın nəzarətinə keçir – VİDEO

İşğaldan azad edilmiş ərazilərdə daha bir mühüm strateji obyekt tam Azərbaycanın nəzarətinə keçəcək. Bunu açıqlamasında …