Cümə axşamı , May 26 2022
Ana səhifə / Aktual / “Azərsun”dakı yanğında mühafizəçilər səhlənkarlıq ediblər – Deputat

“Azərsun”dakı yanğında mühafizəçilər səhlənkarlıq ediblər – Deputat

“Əlimdə faktım yoxdur ki, bunu təxribat adlandırım. Mənə görə “Azərsun Sənaye Parkı”ndakı yanğın səhlənkarlığın nəticəsidir”.

Bunu Bakupost.az -a Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzvü, millət vəkili Aqil Abbas deyib.

Deputat kompleksin mühafizəçilərinin ehtiyatsız davrandığını düşünür:
“Ukraynaya yardım göndərdiyinə görə orada yanğın törətmək ağlabatan deyil. Mənə görə, bu yanğın səhlənkarlığın nəticəsidir. Amma hər halda bütün versiyalar yoxlanılacaq.

İnsanların səhlənkarlığı belə bir ağır nəticəyə gətirib çıxarır. “Azərsun Sənaye Parkı”nın kifayət qədər mühafizəçisi var. Düşünürəm ki, onlar da səhlənkarlıq ediblər. Lap təxribatçılar da törətmiş olsa, mühafizəçilər onları tutmalı və qarşısını almalı idilər. Görünür onların işində də boşluqlar var. Cinayət açılıb və məsuliyyətə cəlb olunanlar ola bilər”.

Həmçinin oxuyun

ƏDV-nin 30 faizi qaytarılacaq – Yeni qaydalar təsdiqləndi

“Fiziki şəxs olan istehlakçılar tərəfindən Azərbaycan Respublikasının ərazisində bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən …