Ana səhifə / Aktual / “Azərsun”da halal biznes adı altında haram məhsullar istehsal olunur… – İTTİHAM

“Azərsun”da halal biznes adı altında haram məhsullar istehsal olunur… – İTTİHAM

“Azərsun Holdinq”də halal adı altında haram məhsulların istehsal olunub istehlakçılara satıldığı iddia olunur.

AzToday.az-a daxil olan məlumatlarda iddia olunur ki, ölkənin qida sektorunda ən böyük istehsalçı olan “Azərsun Holding”in məhsullarına halal sertifikatı formal əsaslarda verilir. Belə ki,”Azərsun”da halal adı ilə satılan məhsulların istehsalında movcud normativlər gözlənilmir.

İddialara görə, “Azesert halal” MMC “Azərsun”un istehsal etdiyi məhsulların əsas tərkib hissəsi olan ətin halal qaydalara uyğun olmadığı və heç bir beynəlxalq qurumdan halallıq sertifikatı olmadığı halda qida məhsullarına formal əsaslarla halal sertifikatı verib.

Qeyd edək ki, halallıq üzrə sertifikatın istehsal müəsissələrinə verməsi səlahiyyətini verən orqan Azərbaycan Akkreditasiya Mərkəzidir. Səlahiyyətli dövlət qurumu halallıq sertifikatını verən şirkətlərin fəaliyyətini dövrü yoxlamalıdır və halal məhsullar istehsal edən şirkətlərdə istehsal prosesinin bütün mərhələlərini nəzarətdə saxlamalıdır.

Halal sertifikatlaşdırma sistemi, halal qida istehlak etmək istəyən müştərilər üçün vacibdir. Praktikada halal məhsullar haqqında fərqli şərhlər edilir. Ancaq buna baxmayaraq, bir çox təşkilat halal sertifikatı verir. Halal sertifikatlaşdırma işlərində məhsul və ya xidmət mənbəyi həm müəssisələr, həm də istehlakçılar üçün son dərəcə vacib hesab olunur.

Halal üsullarla istehsal olunan halal məhsulların istehlak edilməsi, harada yaşamalarından asılı olmayaraq müsəlmanlar üçün vacib bir borcdur. İslam prinsiplərinə görə, müsəlmanların gündəlik həyatlarında kitab və hədislərdə yer alan norma və dəyərlərə ən yaxşı şəkildə əməl etmələri onların məsuliyyətidir.

Hazırda müsəlmanlar İslamı rəsmi bir din olaraq tətbiq etməyən Hindistan, Avstraliya, Banqladeş, Çin, Avropa ölkələri, ABŞ və Kanada kimi müxtəlif ölkələrdə yaşayırlar. Bu səbəbdən müsəlman əhali əhəmiyyətli bir bazar seqmentini təşkil edir. Bu baxımdan bir-çox ölkələrdə halal məhsul sənayesi sürətlə inkişaf etməkdədir.

Xüsusilə Malayziya, İndoneziya və bəzi Asiya ölkələrində halal istehsal standartların inkişafı istiqamətində təşəbbüslər göstərirlər. Buna paralel olaraq Avropa qida sənayesi də halal məhsulların inkişafına sərmayə qoyur. Bəzi Avropa pərakəndə satıcıları qida növlərinə təzə halal ət əlavə ediblər. Bəzi Avropa şirkətləri halal məhsullarını müsəlman ölkələrinə ixrac edirlər. Hollandiya, dünya miqyasında bir halal tədarük zəncirinin inkişafını təşviq edən və ilk dəfə halal məhsulları saxlayan müəssisələrə sahib bir ölkədir.

Dünyada qida təhlükəsizliyi və xəstəlik təhlükəsi kimi geniş yayılmış təhlükəsizlik qorxularına görə qeyri-müsəlmanlar da təhlükəsizlik, gigiyena və keyfiyyət təminatı xüsusiyyətləri üçün halal qidaları seçirlər. İnanılır ki, halal qida istehsalı qatı maddələr tələb edir və bu səbəbdən də çirklənmə ehtimalını azaldır. Bu səbəbdən halal məhsul və xidmətlərə tələbat artır.

Halal sektor artıq İslam qanunlarına uyğun olaraq heyvan kəsməklə kifayətlənmir, eyni zamanda halal qida, halal həyat tərzi və hətta halal xidmətləri da əhatə edir.

Bu gün Malayziya dünyada Halal Sertifikat verilməsinə başlayan ilk ölkədir. Bu ölkədə halal qida tədqiqatları Malayziya Hökümətinin İslam İnkişafı Departamenti (JAKIM) tərəfindən aparılır. Birləşmiş Millətlər Təşkilatı tərəfindən akkreditə olunmuş və dünya miqyasında etibarlı halal qida standartları, Malayziyada yerləşən Dünya Halal Fondu tərəfindən hazırlanmışdır. Bu fondun təxminən 60 üzvü var.

Həmçinin oxuyun

Rusiya miqrantları ölkədən qovur: Ən çox hansı ölkə zərər görəcək?

Xəbər verdiyimiz kimi Rusiya hökuməti MDB ölkələrindən olan 1 milyondan çox qanunsuz miqranta iyunun 15-nə …