Bazar ertəsi , Yanvar 25 2021
Ana səhifə / Aktual / “Azərsu” rəhbərinin oğlunun hektarlarla badam bağları üzə çıxdı — FOTOLAR

“Azərsu” rəhbərinin oğlunun hektarlarla badam bağları üzə çıxdı — FOTOLAR

“Azərsu” sədri Qorxmaz Hüseynovun oğlu Araz Hüseynli Füzuli rayonunun Haramı ərazisində 2700 hektar ərazini ələ keçirib.

Bu fikirləri araşdırmaçı-jurnalist Cavanşir Həsənli sosial şəbəkə vasitəsilə yazıb.

“20 ildən bəri o torpaqlar üzərində sahiblik hüququ olan sahibkarların səslərini eşidən belə olmayıb, icra başçısı həmin əraziləri öz marağından və kefindən o adamların əlindən alıb Natural Aqro MMC-yə verib. Heç kimdən və heç nədən qorxmayan Qorxmaz əfəndi “Azərsu”nun resurslarını oğlunun təsərrüfatlarında bütün gərəkli infrastrukturları yaratmağa səfərbər edib, yeraltı su boruları çəkdirib, müasir pivot suvarma sistemi quraşdırıb, nasosxana və hidratlar qurdurub, Yuxarı Mil kanalının suyunu Haramı düzünə – oğlunun əkin sahələrinə və badam bağlarına yönəldib”-deyə C.Həsənli bildirib.

No description available.
No description available.
No description available.

Həmçinin oxuyun

Fərman İsmayılovun nəşi yanvarın 26-da yola salınacaq – XİN

Türkiyəyə məxsus gəmiyə dəniz quldurlarının hücumu nəticəsində öldürülən Azərbaycan vətəndaşı, 1976-cı il təvəllüdlü Fərman İsmayılovun …