Çərşənbə , Oktyabr 28 2020
Ana səhifə / Aktual / “Azərişıq”da kadr dəyişiklikləri olub

“Azərişıq”da kadr dəyişiklikləri olub

“Azərişıq” ASC-nin Bakı regionunun Bağlar Enerji Təchizatı və Satışı İdarəsinin (ETSİ) rəisi Tahir Əliyev tutduğu vəzifədən azad edilib.

“Report”un əldə etdiyi məlumata görə, onun yerinə Rasim Həsənov təyin edilib.

Həmçinin, “Azərişıq”ın Texniki departamentinə yeni direktor təyin edilib. Bu vəzifə əvvəllər həmin departamentdə Texniki idarənin rəisi işləmiş Qədir İsmayılova həvalə edilib.

“Azərişıq”ın mətbuat xidmətinin rəhbəri Tanrıverdi Mustafayev “Report”a açıqlamasında faktı təsdiqləyib.

Qeyd edək ki, “Azərişıq”ın Texniki departamentinin keçmiş rəisi Ziyəddin Quliyev “Azərenerji” ASC-yə vitse-prezident təyin edilib.

  • 24.01.201915:34229

Həmçinin oxuyun

Hadrutda qalmış erməni qadın: “Məni zirzəmidə qazsız, susuz, çörəksiz qoydular” — VİDEO

“Mən, Babayan Jenya Pavlovna 21 mart 1935-ci ildə anadan olmuşam. Biz həmişə azərbaycanlılarla birgə yaşamışıq. …