Çərşənbə axşamı , Oktyabr 27 2020
Ana səhifə / Aktual / “Azərişığ”ın iki vəzifəli şəxsi işdən çıxarıldı – Oğurluq enerji xətlərinə görə

“Azərişığ”ın iki vəzifəli şəxsi işdən çıxarıldı – Oğurluq enerji xətlərinə görə

“Azərişıq” ASC-nin Nərimanov rayonu üzrə Enerji Təchizatı və Satışı İdarəsinin (ETSİ) rəisi Həsən Həsənov, eləcə də bu rayonun elektrik şəbəkəsinin rəisi Səməd Mustafayev vəzifələrindən kənarlaşdırılıblar.

Azinforum.az “Report”a istinadən xəbər verir ki, buna səbəb onların vəzifə səlahiyyətlərini yerinə yetirdikləri zaman yol verdikləri nöqsanlardır.

İşdən çıxarılan H.Həsənovun S.Mustafayevin yerinə, yəni aşağı vəzifəyə təyin edildiyi bildirilir. 

Məsələ ilə bağlı “Azərişığ”ın mətbuat xidmətinin rəhbəri Tanrıverdi Mustafayevlə əlaqə saxlamağa cəhd edilsə də, o, telefona cavab verməyib.Xatırladaq ki, bu gün Nərimanov ərazisində yerləşən “Kral” şadlıq evində oğurluq enerji xətləri aşkarlanıb.
Mia.az bildirir ki, hər iki vəzifəli şəxsin işdən azad olunması bu kimi faktlarla əlaqəlidir.

Həmçinin oxuyun

“Belə atəşfəşanlıqla küçəyə çıxmaq, hay-küy yaratmaq təhlükəlidir”

Azərbaycan 27 il erməni işğalında olan torpaqlarını azad etmək üçün əks-hücum əməliyyatına başlayandan ölkədə hərbi …