Çərşənbə , Yanvar 20 2021
Ana səhifə / Aktual / ““Azəriqaz”ın işçiləri toyuq fala baxan kimi baxıb gedirlər” – Bakıda ənənəvi qaz problemi

““Azəriqaz”ın işçiləri toyuq fala baxan kimi baxıb gedirlər” – Bakıda ənənəvi qaz problemi

Xəzər rayonu Zuğulba qəsəbəsi, Qaçaq Nəbi küçəsinin sakinləri qış girəndən qaz deyib dad edir.
Mia.az xəbər verir ki, bu barədə “bakupost”a qəsəbə sakinləri məlumat verib.
Onlar bildirib ki, hər 2 gündən bir kəsilən qaz uzun şikayətlərdən sonra bərpa olunur, amma çox zəif olur. Əhali isə bu qazla nə nə xörək bişirə bilir, nə çay qaynada.
Şikayət edənlərdən biri Gəray Rəhimov bildirir ki, istilik olmaması səbəbindən uşaqları tez-tez xəstələnir: “Ərazidə 200-ə yaxın ailə bu vəziyyətdədir. Qış girəndən qaz problemi var. İndi də “Azəriqaz”ın yerli idarə işçiləri gəlib gəzir, toyuq fala baxan kimi baxıb, lal-dinməz gedirlər. Bir səbəb deyən yoxdur. O biri küçədə qaz var, amma bizimkində yoxdur. Ümimilikdə qaz yoxdursa, o biri küçəyə necə verilir? Qaz sayğacları, xətləri hər şey normaldır”.
Əhali məsələ ilə bağlı “Azəriqaz” müraciət etdiklərini, lakin bir tutarlı cavab ala bilmədiklərini deyir. Onlar son ümid yeri kimi ölkə başçısı İlham Əliyevə də müraciət ünvanlayıb.

 

Həmçinin oxuyun

Vüqar Səfərli onları bir-bir yanına aparacaq – Siyahıda kimlər var?

“Vüqar Səfərli işi” davam etdikcə daha çox şəxsin istintaqa cəlb olunacağı qaçılmazdır. Aydındır ki, KİVDF-nin …