Çərşənbə , Oktyabr 21 2020
Ana səhifə / Aktual / “Azəriqaz” sayğacların qiymətini qaldırdı – Səbəb

“Azəriqaz” sayğacların qiymətini qaldırdı – Səbəb

Azərbaycana xaricdən gətirilən smartkart tipli qaz sayağaclarının qiyməti bahalaşıb.

Bu barədə unikal.org-a “Azəriqaz” İstehsalat Birliyinin (İB) mətbuat xidmətinin rəhbəri İbrahim Kərbalayev açıqlamasında bildirib ki, sayğaclar xarici valyuta ilə alındığına görə qiymətlər məzənnəyə görə dəyişir:

“Hazırda “İTRON” firmasının istehsalı olan G4 smartkart tipli (əvvəldən ödənişli) qaz sayğacı 244 manat 14 qəpik, həmin firmanın istehsalı olan mexaniki sayğac 99 manat 47 qəpikdir”.

Mexaniki sayğacların alışında qiymət artımı olmasa da, bu ilin əvvəlki ayları ilə müqayisədə hazırda G4 smartkart tipli sayağacların qiymətində 24 manat 40 qəpik artım qeydə alınıb.

Qeyd edək ki, bu ilin yanvar ayında G4 smartkart tipli sayağacların qiyməti 220 manat 54 qəpik idi.

Həmçinin oxuyun

“Allah daim xalqımızın başını uca eləsin!..” – Zəngilanın işğal günlərindəki icra başçısı

“Milli Ordumuzun bir sıra rayonlarımızın kəndləriylə yanaşı, strateji əhəmiyyətli Zəngilan rayon mərkəzini də azad etməsi …