Cümə axşamı , Aprel 18 2024
Ana səhifə / Azəri qızı Günel tanınmaz hala düşdü…

Azəri qızı Günel tanınmaz hala düşdü…

Azərbaycana qonaq gələn Azəri qızı Günelin başının üstünü kəsdirdik. İnsan sanki hava ilə qidalanır. Biz Günel xanımı yeni tanınmağa başlayandan necə görmüşük, eləcə də çəkisi artmadan böyüdü. “Nə edirsiniz ki, kökəlmirsiniz” sualına isə belə cavab verdi:
“Əslində mən çörək yemirəm. Hər Azərbaycana gələndə çəkim artır. Gələndə 47 kilo idim, 2 aydı bakıdayam 50 kilo olmuşam. Özümə diqqət edənəm, yoxsa mənim də çəkim artar. Çəki problemi yaşamamaq üçün idman, yürüş edirəm, çox yağlı yeməklər yemirəm. Axşam saat 6-dan sonra isə yeməkdən tam imtina edirəm. İllərdi bunlara diqqət edirəm. Çünki ekrana çıxanda çəkimiz 6 kilo artıq görünür.
13 yaşında səhnəyə çıxanda bir az kilolu idim. 18 yaşından sonra daim çəkimə nəzarət etməyə başladım. Ən çox çəkim 50-51 olub. İllərdi bunu qorumaq üçün gündəlik su içirəm. Ancaq bir ziyanlı vərdişim var, türk qəhvəsi çox içirəm. Bilirsiziniz ki, bu da orqanizmə ziyanlıdır.
Yeməyə gəldikdə isə insanın mədəsi balacadır. Özünüzü onun tutumuna vərdiş etdirin. Az qidalanma vərdişinə yiyələndikcə, artıq yemək nəfsi yaranmayacaq. Ancaq bir neçə dəfə tutumdan çox yedikcə, mədə vərdiş edir. Nəzarətdə saxlamaq lazımıdır. İndiyə kimi hansısa bir diet etməmişəm, qidamı tənzimləmək kifayət edər. Məsələn, səhər pomidor, pendir, 1 dilim qara çörək yeyirəm. Günorta salat, toyuq yeyə bilərəm. Axşam isə yemirəm. Xanımlara onu da məsləhət edirəm ki, massaj və pilatesə getsinlər. Toplarla işləyən pilats yox, başqa dəmir avadanlıqlarla məşğul olanda onurğamız da düz qalır”. (atv.az)

Həmçinin oxuyun

İqtisadi və Sosial İnkişaf Mərkəzi (CESD) məktəb turunu yekunlaşdırıb

İqtisadi və Sosial İnkişaf Mərkəzi (CESD) Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi və Naxçıvan Muxtar …

Bir cavab yazın