Bazar ertəsi , Yanvar 25 2021
Ana səhifə / Aktual / Azərbaycanlı şair dəhşətli xəstəliyə tutuldu

Azərbaycanlı şair dəhşətli xəstəliyə tutuldu

İranın Savə zindanında məhbus həyatı yaşayan Güney Azərbaycan şairi Əmir Səlamət sümük iliyi xərçənginə tutulub.

Kult.az xəbər verir ki, bu barədə güneyli fəallar sosial şəbəkədə qeyd ediblər.

Onlar Əmir Səlamətin türkcə tənqidi şeirlər yazdığı üçün 4 il həbs cəzasına məhkum edildiyini bildiriblər:

“Əmir o şeirləri heç bir yerdə çap etdirməyib, lakin onu həbs ediblər. O, Savə zindanında 1.5 il həbsdən sonra sümük iliyi xərçənginə tutulub. Bu xəstəlik çox ağır keçir və yaxın günlərdə şairin əli kəsilə bilər”.

Qeyd edək ki, azərbaycanlı şairin hansı maddə ilə ittiham olunduğu bəlli deyil.

Həmçinin oxuyun

Fərman İsmayılovun nəşi yanvarın 26-da yola salınacaq – XİN

Türkiyəyə məxsus gəmiyə dəniz quldurlarının hücumu nəticəsində öldürülən Azərbaycan vətəndaşı, 1976-cı il təvəllüdlü Fərman İsmayılovun …