Şənbə , Dekabr 5 2020
Ana səhifə / Azərbaycanlı iş adamı Türkiyədə deputatlığa namizəd oldu

Azərbaycanlı iş adamı Türkiyədə deputatlığa namizəd oldu

“Gözəl davam edən əlaqələrin daha da yaxşı olması üçün çalışacağam”

Türkiyədə yaşayan azərbaycanlı iş adamı deputatlığa namizədliyini verib.
İzmir Azərbaycan Qardaşlıq və Əməkdaşlıq Dərnəyinin sədri Asif Qurban İzmirdən namizədliyini irəli sürüb.
Azərbaycanlı iş adamı 7 iyunda keçiriləcək seçkilərdə Türkiyə Böyük Millət Məclisinə girə bilmək üçün fəaliyyətə başlayıb. Məclisdə həm izmirlilərin, həm də azərbaycanlı vətəndaşların səsi olmaq istədiyini deyən həmyerlimiz əhəmiyyətli layihələrini həyata keçirmək istədiyini ifadə edib.
“Ədalət və İnkişaf Partiyasından namizəd oldum. Çünki verilən vədlər yerinə yetirildi. Türkiyə iqtisadi, ictimai və demokratiya mənasında çox irəlilədi. Azərbaycan və digər türk dövlətləri ilə olan yaxın əlaqələri daha da inkişaf etdirildi. Mən də o bölgələrin mədəniyyətini və dilini yaxşı bildiyimdən gözəl davam edən əlaqələrin daha da yaxşı olması üçün çalışacağam”, – deyə azərbaycanlı iş adamı qeyd edib.
Deputatlığa namizəd A.Qurban iqtisadi mənada ölkəyə xeyir verəcəyini düşünür. O bildirib ki, İzmirə xarici investisiyaların gəlməsini təmin etməyə çalışacaq.(ans press)

 

Həmçinin oxuyun

Naxçıvanda karantin qaydalarını pozaraq toy məclisi təşkil edən şəxslər həbs edilib FOTO

Karantin qaydalarını pozaraq toy edənlər cəzalandırılıb. Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin yaydığı məlumata görə, …

Bir cavab yazın