Cümə , Sentyabr 20 2019
Ana səhifə / Aktual / Azərbaycanlı iş adamı həbsini erməni lobbisinin sifarişi sayır – Söyün Sadıxovun həbsxana şəkilləri yayıldı

Azərbaycanlı iş adamı həbsini erməni lobbisinin sifarişi sayır – Söyün Sadıxovun həbsxana şəkilləri yayıldı

Söyün Sadıxovla bağlı prezident Putinə müraciət edilib

2019-cu ilin yanvarında Rusiya Federasiyasının Rostov şəhərində müəmmalı şəkildə həbs edilən azərbaycanlı iş adamı Söyün Sadıxovla bağlı Rusiya prezidenti Vladimir Putinə müraciət ünvanlanıb.

Musavat.com xəbər verir ki, bir qrup ictimai fəalın imzaladığı sənəddə deyilir: “Hörmətli Vladimir Vladimiroviç! Rusiya Federasiyası vətəndaşları və onların biznesi ilə bağlı məsələlərdə qanun və ədalət prinsiplərinin təmin edilməsinə seyrçi qalmayan bir qrup ictimai-siyasi xadim adından sizə müraciət edirik.

Siz Rusiya Federal Məclisinə, baş prokurora, RF İstintaq Komissiyasının sədrinə, daxili işlər nazirinə, Federal Təhlükəsizlik Xidmətinin rəhbərinə iqtisadi cinayətkarlıqla bağlı istintaq araşdırmaları zamanı biznesə müdaxilənin, eləcə də şəxslərin sübut olunmamış cinayətlərinə görə həbs edilməsinin yolverilməz olduğu haqqında göstəriş vermisiniz.

Ancaq yerlərdə – konkret olaraq Rostov vilayətində sizin məsləhətləriniz nəzərə alınmır. Həmkarımız, müsbət reputasiyası ilə seçilən iş adamı Söyün Sadıqovun həbsi regionlarda hüquq-mühafizə orqanlarının ciddi şəkildə korrupsiyalaşdırdığını sübut edir. Rostovda mütəşəkkil cinayətkar dəstələr başqalarının əmlakını ələ keçirirmək üçün planlar qurur və hüquq-mühafizə orqanlarının əməkdaşları arasında özlərinə havadarlar tapırlar.

Sizə bildiririk ki, 2005-ci ildən Kiril Şiryayevin rəhbərlik etdiyi “İnterles” ASC (Moskva) ilə Çobanov O.A-nın rəhbərlik etdiyi 
“Nebuq” (Rostov) ASC (daha öncəki rəhbər Arkadi Çobanov 3 il öncə dələduzluq maddəsi ilə suçlu bilinərək həbs edilib)
arasında Tuapse, Rostov, Krasnodar şəhərlərindəki ərazilərlər bağlı Moskva Arbitraj Məhkəməsində çəkişmə gedir.

2015-ci ildə Tuapse Daxili İşlər Şöbəsinin İstintaq İdarəsi “Nebuq” ASC-yə (Rostov) qarşı “İnterles” ASC- nin (Moskva) obyektini qanunsuz sökmə maddəsi ilə cinayət işi qaldırıb.

2018-ci ildə “İnterles” ASC-nın rəhbəri Kirill Şiryayev iş dünyasındakı nüfuzunu nəzərə alaraq tərəflər arasında sülh bağlanmasına vasitəçilik etmək üçün Söyün Sadıxova mürarciət edib. Dekabrın 8-də Sadıxov və vəkil Yuliya Mazur tərəflər arasında sülh əldə edilməsinin şərtlərini razılaşdırmaq üçün tərəflərin vəkilləri ilə görüşüblər.

2019-cu il yanvarın sonlarında “Nebuq” ASC-nin məhkəmə iddiasını geri götürərək razılığa gəlmək haqqında təklif irəli sürüblər. Fevralın 6-da “Nebuq” ASC-nin sədr müavini Oskanov anlaşma ilə bağlı əminlik yaranması üçün avans ödənilməsini təklif edib və təklif qəbul olunub.

Söyün Sadıxov razılaşdırılmış avansı alması ilə bağlı qarşı tərəfin təqdim etdiyi sənədi imzalayanda “Nebuq” ASC-nin hüquq xidmətinin rəisi sənədin saxta olduğunu aşkarlayıb. Bu zaman öncədən planlaşdırıldığı kimi milis və FTX əməkdaşları olay yerinə gəliblər.

Ardınca Söyün Sadıxov və Yuliya Mazura qarşı külli miqdarda vəsaiti mənimsəyərək dələduzluq etmə maddəsi üzrə cinayət içi açlıb və hər iki tərəf həbds edilib.

Cənab prezident!

Vəkillərin verdiyi bilgi onu deməyə əsas verir ki, Rostovda “Nebuq” ASC əməkdaşları ilə hüquq mühafizə orqanları təmsilçiləri mütəşəkkil cinayətkar dəstə yaradıblar.

Faktlar

“Nebuq” ASC-nin təsisçisi Andrey Korovaykin (general Kazansevin keçmiş adyütantı) indi İspaniyada gizlənir. Səbəb 2015-ci ildə Rostovun Teatr meydanında yaşayış binasının yandırılmasının təşkili üzrə haqqında açılan cinayət işidir. Əmlakən ələ keçirilməsi məqsədilə həyata keçirilən cinayət işində bir neçə nəfər həlak olub. Maraqlıdır, Korovaykin ölkədən necə çıxıb?

2015-ci ildə “Nebuq” ASC-yə qarşı Tuapsedə də cinayət işi açılıb. ASC-nin sədr müavini Mixail Oskanov rüşvət verərkən yaxalanıb. Daha sonra onu azad ediblər.

Bütün bunlar “əslində dələduz kimdir” sualına cavab verir. İndi də bizə maraqlıdır ki, iki şirkət arasında barışıq üçün razılaşırsa və təminat kimi bəlli bir məbləğ ödənilirsə, hüquq-mühafizə orqanları bundan necə xəbər tutur?

Bu, açıq-aşkar hüquq-mühafizə orqanlarının heç bir səbəb olmadan iş dünyasına müdaxiləsi, özlərinə yaxış şirkətlərin əli ilə biznesi sıxışdırmasıdır.

Rostovun Dəmiryol rayonu Məhkəməsinin hakimi V.Y.Sedıx Rostov şəhərində evi olmadığı və onun məhkəmədən yayınmaq ehtimalı olduğu üçün Söyün Sadıxov haqqında həbs qərarı seçib. Sadıxovun məhkəmədən yayınmasını sübut edən heç bir fakt göstərmədən…

Sizdən xahiş edirik, RF Baş Prokurorluğuna, RF İstintaq Komitəsinə, RF DİN-ə FTX-yə faktın araşdırılmasını nəzarətlərinə götürmələri haqqında göstəriş verəsiniz. Bu halda hüquq-mühafizə orqanlarının qanunsuz, özbaşına, vəzifə səlahiyyətlərindən istifadə edilməklə iş dünyasını sıxışdıran şəxslərdən təmizlənəcəyinə, ədalətin bərpa olunacağına əminik”.

Söyün Sadıxovun Rusiyadakı uzun illik biznes və ictimai fəaliyyətinə, buna görə dəfələrlə dövlət tərəfindən mükafatlandırılmasına diqqət çəkən müraciət müəllifləri onu Rusiyada millətlərarası münasibətlərin yaxınlaşdırılmasında xüsusi rolu olan şəxs kimi qiymətləndirir.

Müraciəti Musavat.com-a təqdim edən Sadıxovu müdafiə qrupu isə bildirir ki, bu erməni lobbisinin sifarişidir və məqsəd Rusiyada azərbaycanlıların mövqeyini zəiflətmək, onları iş dünyasından və ictimai işlərdən sıxışdırmaqdır.

Buna qədər də erməni təşkilatları ilə Söyün Sadıxov arasında qarşıdurma və gərginliklər yaşanıb. Ermənilər Sadıxov Putin administrasiyası tərəfdən milllətlərarası məsələlər üzrə ictimai fəaliyyətə cəlb ediləndən daha da fəallaşıb. 2019-cu ilin yanvarında onların bu cəhdləri Söyün Sadıxovun dələduzluq maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilməsi ilə nəticələnib.

Sadıxov və müdafiə tərəfi istintaq materiallarında göstərilən məqamların heç birinin faktlarda sübut edilmədiyini bildirir və ittihamı qəbul etmir. Müdafiə tərəf bildirir ki, Sadıxov açıq cəmiyyətlər arasında barışıq üçün vasitəçilik missiyasını həyata keçirib və qarşılıq olaraq tərəflərin heç birindən əmlak tələb etməyib.

Aygün Muradxanlı, Musavat.com

Həmçinin oxuyun

Deputatın qardaşının da külli miqdarda borcu var: Qalmaqal böyüyür

Millət vəkili Rəfael Cəbrayılov 300 min manat borc qarşılığında deputat vəsiqəsini girov qoyması ilə bağlı …