Ana səhifə / Azərbaycanlı hakim İsveç – Kipr qarşılaşmasını idarə edəcək

Azərbaycanlı hakim İsveç – Kipr qarşılaşmasını idarə edəcək

Azərbaycanlı beynəlxalq dərəcəli hakim Ömər Paşayev yeni təyinat alıb.

AzVision.az-ın məlumatına görə, gənc FİFA referisi 21 yaşadək futbolçular arasında Avropa çempionatının İsveç – Kipr qarşılaşmasını idarə edəcək.

Sentyabrın 5-də İsveçin Falkenberq şəhərindəki eyniadlı arenada keçiriləcək 6-cı qrupun II tur matçında Paşayevə Namiq Hüseynovla Mübariz Haşımov yan xətt, Rauf Cabbarov isə dördüncü hakim qismində yardımçı olacaqlar. Görüş Bakı vaxtı ilə saat 20:45-də başlanacaq.

Qeyd edək ki, ilk turda Kipr Maltanı 2:1 hesabı ilə məğlub edib, İsveç isə hələ oyun keçirməyib.

Həmçinin oxuyun

AzTV-də audit yoxlaması aparılır

“Azərbaycan Televiziya və Radio Verilişləri”Qapalı Səhmdar Cəmiyyətində (AzTV) audit yoxlaması aparılır. Bu barədə APA-ya AzTV-nin …

Bir cavab yazın