Şənbə , Fevral 23 2019
Ana səhifə / Aktual / Azərbaycanlı hərbçi ilə bağlı məsələ böyüyür

Azərbaycanlı hərbçi ilə bağlı məsələ böyüyür

Xəbər verdiyimiz kimi, Gürcüstanın Krtsanisi təlim mərkəzində baş vermiş insident nəticəsində 20 yaşlı azərbaycanlı çağırışçı Elcan Əfəndiyev klinikaya yerləşdirilib.

Virtualaz.org Gürcüstan mediasına istinadən bildirir ki, ölkənin Ombudsman aparatı hadisəni nəzarətə götürüb. Bu barədə ombudsman Nino Lomcariya jurnalistlərə açıqlamasında özü bildirib.

N.Lomcariya hadisə ilə bağlı zərərçəkənlərə baş çəkməyə hazır olduqlarını da qeyd edib.

Xatırladaq ki, E.Əfəndiyevin atası Elbrus Əfəndiyev “Rustavi 2” kanalına müsahibəsində oğlunun bir neçə şəxs tərəfindən döyüldüyünü deyib: “Oğlum təxminən 3 gündür Krtsanisi təlim mərkəzində xidmət edirdi. Davadan sonra o özü mənimlə əlaqə saxlayıb dedi ki, onu xəstəxanaya aparırlar. Oğlum bildirdi ki, onu başqa otağa aparıblar və bir neçə şəxs tərəfindən döyülüb. O, başından travma alıb”.

Bu arada Gürcüstan Müdafiə Nazirliyi Elcan Əfəndiyevin işi ilə bağlı bəyanat yayıb.

Nazirlik E. Əfəndiyevin əsgərlər tərəfindən döyüldüyünə dair iddiası ilə razılaşmayaraq insidentin hazırkı mərhələdə araşdırılmasının bu iddianı təsdiq etmədiyini bəyan edib.

“Şahidlərin ilkin dindirilməsi döyülmə faktını təsdiq etmir. Bunu “Rustavi” klinikasında aparılan müayinələr, o cümlədən beyin tomoqrafiyası da sübut edir”, – deyə bəyanatda vurğulanıb.

Qeyd olunub ki, çağırışçı hərbi hospitalda da psixoloji, nevroloji müayinədən keçib və heç bir zorakılıq izlərinə rast gəlinməyib.

Həmçinin oxuyun

Ermənilər məşhur Azərbaycanlı jurnalisti öldürmək Istəyir: “Bəlkə də bu, sonuncu müraciətimdir” – VİDEO

Məşhur azərbaycanlı jurnalist Fuad Abbasov həyatının təhlükədə olduğunu açıqlayıb.Orman.az xəbər verir ki, son 2 ildir Türkiyə …