Şənbə , Oktyabr 31 2020
Ana səhifə / Aktual / Azərbaycanlı Gülsuranın sevgilisi ilə eks-sevgilisi arasında dava

Azərbaycanlı Gülsuranın sevgilisi ilə eks-sevgilisi arasında dava

Türkiyədə sevgilisi azərbaycanlı qadının keçmiş sevgilisinə silah çəkərək yaralayıb. Virtualaz.org Türkiyə KİV-nə istinadən xəbər verir ki, hadisə İstanbulun Esenyurt rayonunda baş verib.

Azərbaycan əsilli Gülsura A. sevgilisi Caner K. və dostları İlə birlikdə kafeyə gedərkən orada keçmiş sevgilisi Sərdar A. ilə qarşılaşıb. Bu zaman Sərdar və Caner arasında mübahisə yaranıb. Kafedə başlayan dava küçədə davam edib. Caner dostunun tapançası və yumruqla  Serdarı döyərək yaralayıb, daha sonra havaya atəş açıb. (Bu zaman tapançadan soyuq silah qismində istifadə edilib)

Silah səsi eşidən polis əməkdaşları hadisə yerinə gəliblər. Serdar A. xəstəxanaya çatdılıb, digər şəxslər isə saxlanılıblar. Saxlanılan zaman Canerin istifadə etdiyi silah Gülsura A.-nın alt paltarlndan tapılıb. Hər iki şəxs məhkəmə nəzarəti ilə sərbəst buraxılıb.

Hadisə küçənin təhlükəsizlik kameraları vasitəsilə qeydə alınıb.

Həmçinin oxuyun

Təmkinli Əliyev, özgüvənsiz Paşinyan… – Kimin əlləri daha etibarlı görünür?

İngiltərəli təlimçi və bədən dili mütəxəssisi Martin Nyuman Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistan baş naziri …